İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Caspian Invest BOKT

Location
Not specified
Employment
Full-time
Category
Security
Posted

Description

BOKT “Caspian İnvest” MMC “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi

üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

Şirkətdə informasiya təhlükəsizliyi proseslərinin qurulmasında və inkişaf

etdirilməsində iştirak etmək;

İnformasiya təhlükəsizliyi siyasət və

prosedurlarının hazırlanmasına və yenilənməsinə dəstək olmaq;

İT

sistemləri və informasiya aktivləri üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsində iştirak

etmək;

Sistem və istifadəçi girişlərinə nəzarət prosesində iştirak

etmək;

İnformasiya təhlükəsizliyi risklərinin və potensial zəifliklərin

müəyyən edilməsinə dəstək olmaq;

Aşkar edilmiş təhlükəsizlik

problemlərinin izlənilməsi və aradan qaldırılması prosesində iştirak etmək;

İnformasiya təhlükəsizliyi insidentlərinin araşdırılmasına və sənədləşdirilməsinə dəstək

olmaq;

İT sistemlərində təhlükəsizlik konfiqurasiyalarının

yoxlanılmasında iştirak etmək;

İnformasiya təhlükəsizliyi üzrə daxili

yoxlamalar və auditlər üçün məlumatların hazırlanmasına dəstək olmaq;

Əməkdaşların informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak

etmək;

İnformasiya təhlükəsizliyi üzrə standart və tələblərin (ISO 27001

və s.) tətbiqinə dəstək olmaq.

İş şərtlərimiz:

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin

olunacaqdır.

İş vaxtı: 9.00 – 18.00

İstirahət günləri: Şənbə və Bazar günü.

Ünvan: Bakı

şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15

Azərbaycan Respublikası Əmək

Məcəlləsinə əsasən sənədləşmə

Tələblər:

İnformasiya təhlükəsizliyi, İT, kompüter elmləri və ya əlaqəli sahədə ali

təhsil;

İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında

bilik;

Şəbəkə və əməliyyat sistemləri üzrə baza

bilikləri;

Windows və Linux sistemləri haqqında ümumi

anlayış;

İnformasiya təhlükəsizliyi riskləri və zəifliklər haqqında əsas

anlayış;

İnformasiya təhlükəsizliyi siyasət və prosedurları ilə işləməyə

maraq;

Analitik düşüncə və problem həll etmə

bacarığı;

Sənədləşdirmə və hesabat hazırlama

bacarığı;

Azərbaycan dili yaxşı, İngilis dili texniki sənədləri oxuya

biləcək səviyyədə..

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "İnformasiya

təhlükəsizliyi üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət

et düyməsində qeyd olunan elektron poçt ünvanına

göndərsinlər.

Apply at the source

This role was published by Caspian Invest BOKT and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗