Duty admin (İT Mütəxəssisi)

Azericard

Location
Not specified
Employment
Freelance
Category
Other Tech
Posted

Description

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: İnformasiya texnologiyaları üzrə mütəxəssis Duty admin (İT Mütəxəssisi)

Şirkətin fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət etmək;

İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurmaq və həyata keçirtmək;

Şirkətdə istifadə olunan avadanlıqlarının işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görmək;

Şirkətin əməkdaşlıq etdiyi təşkilatların (Banklar və xidmət göstərən şirkətlər) işçiləri tərəfindən yaranmış problem məsələləri həll etmək üçün operativ tədbirlər görmək;

Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirtmək, onların təhlilini aparmaq və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırmaq;

İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat vermək;

İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini (informasiyaya icazəsiz girişdən müdafiə, sistem faylların və məlumatın baxış və ya dəyişdirilməsindən müdafiə) təmin etmək.

Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).

Requirements

Ali təhsil (texniki təhsil arzu olunandır);

IP şəbəkə, Cisco Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists ) VMWare (VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər ), Windows Server ( AD, DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi;

İT sahəsində 1 ildən artıq iş təcrübəsi;

İşçilərin texniki dəstəyi;

İngilis və Rus dili bilikləri;

Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi;

Verilmiş tapşırıqların həllinə kreativ yanaşma;

Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun

Apply at the source

This role was published by Azericard and listed via Hrin Co. Applications are handled there, not on this site.

View & apply on hrin.az ↗