Duty admin (İT Mütəxəssisi)

Azericard

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners

Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq

mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: İnformasiya texnologiyaları üzrə mütəxəssis Duty admin (İT

Mütəxəssisi)

Vəzifəyə olan tələblər:

Ali təhsil (texniki təhsil arzu olunandır);

IP şəbəkə, Cisco Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists ) VMWare

(VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər ),

Windows Server ( AD, DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi;

İT sahəsində 1 ildən artıq iş təcrübəsi;

İşçilərin

texniki dəstəyi;

İngilis və Rus dili bilikləri;

Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi;

Verilmiş tapşırıqların həllinə kreativ yanaşma;

Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə

meyilli.

Vəzifə öhdəlikləri:

Şirkətin fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət

etmək;

İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı,

siyasətlər, standartlar) müvafiq olaraq  qurmaq və həyata keçirtmək;

Şirkətdə istifadə olunan avadanlıqlarının işində xətalar və ya sıradan çıxma halları olduqda

onların bərpa olunması üçün operativ tədbirlər görmək;

Şirkətin

əməkdaşlıq etdiyi təşkilatların (Banklar və xidmət göstərən şirkətlər) işçiləri tərəfindən yaranmış problem

məsələləri həll etmək üçün operativ tədbirlər görmək;

Qəbul olunmuş

tələbləri qeydiyyatdan keçirtmək, onların təhlilini aparmaq və departamentinin səlahiyyətli əməkdaşlarını

məlumatlandırmaq;

İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə

olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat

vermək;

İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin

təhlükəsizliyini (informasiyaya icazəsiz girişdən müdafiə, sistem faylların və məlumatın baxış və ya

dəyişdirilməsindən müdafiə) təmin etmək.

Namizədlər  Müraciət

et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət

edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).

Apply at the source

This role was published by Azericard and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗