Data əməliyyatları bölməsinin böyük mütəxəssisi
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Struktur bölmənin adı - Data departamenti / Data əməliyyatları və analitikası şöbəsi / Data əməliyyatları bölməsi
Vəzifənin funksiyaları:
Məlumatlarla bağlı əməliyyatların monitorinqini və səmərəli işləməsini təmin edir;
Məlumatların tamlığı və keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlər görür;
Məlumatların təhlil edilməsi nəticəsində əldə olunmuş əməliyyat qərarlarının icrasını təmin edir;
Məlumat sistemlərini idarə edir və gündəlik nəzarət tədbirlərini həyata keçirir;
Məlumatların itirilməsi və ya pozulması hallarının qarşısını almaq üçün müvafiq tədbirlər görür;
Məlumatların əlçatan olmasını təmin edir;
SQL sorğuları vasitəsilə məlumatların təhlilini aparır, məlumat bazalarında yoxlamalar həyata keçirir və biznes bölmələrinin məlumat sorğularını cavablandırır;
İstifadəçi müraciətlərini, insidentləri və dəyişiklik tələblərini Jira sistemi üzərindən idarə edir, Engineering komandası ilə koordinasiyanı təmin edir;
Rəsmi müraciətlər, məlumat sorğuları və DEYDR üzrə daxil olan sorğuların icrasını təmin edir, cavab məktublarını və çıxarışları hazırlayır;
Temenos və digər inteqrasiya olunmuş sistemlər üzrə məlumat axınlarını izləyir, yaranan problemlərin araşdırılmasında iştirak edir;
Yeni funksionallıqların tətbiqi zamanı biznes tələblərinin formalaşdırılması, testlərin aparılması və qəbul prosesində iştirak edir;
Data keyfiyyətinin, məlumat təhlükəsizliyinin və əməliyyat proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Təcrübə
Data əməliyyatları, informasiya sistemləri, Biznes analizi və ya data analizi sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Təhsil
Ali təhsil tələb olunur.
Dil bacarığı
Səlis azərbaycan, yaxşı səviyyədə rus və ingilis dili bacarığı arzuolunandır.lis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
MS Office proqramları tələb olunur
SQL tələb olunur
Müxtəlif növ verilənlər bazası ilə işləmək təcrübəsi(Oracle, MySQL, PostgreSQL) arzuolunandır.
Sertifikatlar
Oracle Database SQL
Exam Number: 1Z0-071 tələb olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Apply at the source
This role was published by Azərbaycan Respublikasının Mərkəzi Bankı and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-data-emeliyyatlari-bolmesinin-boyuk-mutexessisi-147880