Aparıcı sistem inzibatçısı (Postgresql üzrə, iş müvəqqəti xarakter daşıyır)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Struktur bölmənin adı
İnformasiya texnologiyaları əməliyyatları departamenti , İT infrastrukturunun şöbəsinin Sistem inzibatçılığı bölməsi
Vəzifənin funksiyaları:
İnformasiya sistemləri üzrə VBİS-in quraşdırılmasını, sazlanmasını və davamlılığını təmin edir;
Ehtiyat Mərkəz(lər)də VBİS-in dayanıqlı fəaliyyətini təmin edir;
VBİS-in işinin optimallaşdırılması üzrə işləri həyata keçirir;
VBİS-in ehtiyat nüsxələrinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
VBİS üzrə resurs planlanmasının idarəedilməsi işinin təşkil edir;
Həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasında iştirak edir;
Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə verilənlər bazasının idarəetmə sistemlərinin tətbiqi prosesində iştirak edir və onların gələcəkdə etibarlı və fasiləsiz istismar olunmasını təşkil edir;
İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir.
İnfrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
Təcrübə
Müvafiq sahədə 3 illik iş təcrübəsi tələb olunur.
Təhsil
Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsi). Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 5 il iş təcrübəsi tələb olunur.
Dil bacarığı
Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
Backup və Restore həlləri (pg_dump/pg_restore, pg_basebackup, Barman)
Performance tuning (Indexing, Query Optimization)
High Availability həlləri (Patroni, repmgr)
Replication texnologiyaları (Streaming, Logical, pglogical)
Connection pooling həlləri (pgBouncer, pgpool-II)
Monitoring alətləri (pgBadger, pg_stat_statements, Prometheus/Grafana)
Security və Access Control (pg_hba.conf, SSL/TLS)
Linux sistemləri üzrə biliklər (bash scripting)
Migration alətləri (pg_upgrade) üzrə biliklər tələb olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Apply at the source
This role was published by Azərbaycan Respublikasının Mərkəzi Bankı and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-aparici-sistem-inzibatcisi-postgresql-uzre-is-muveqqeti-xarakter-dasiyir-148492