Find your next opportunity

Newest first

Data Analitik / Aparıcı Data Analitik

Unibank Kommersiya Bankı

Location
Baku
Employment
Full-time
Category
Data & Analytics
Posted

Description

Biznes məlumatlarının təhlili, hesabatlılığın avtomatlaşdırılması və analitik həllərin hazırlanması üzrə təcrübəli namizədləri komandamıza dəvət edirik. Bu vəzifədə siz müştəri və biznes göstəricilərinin təhlili, interaktiv dəşbordların hazırlanması və biznes bölmələri üçün analitik həllərin təqdim edilməsində aktiv rol alacaqsınız.

Vəzifə öhdəlikləri:

Biznes (Mikro/KOB/Korporativ) müştərilərin tranzaksiya tarixçəsi, POS dövriyyəsi, əməkhaqqı layihələri və kredit portfeli məlumatlarına əsasən təhlil edilməsi və biznes üçün tövsiyyələr verilməsi

DWH-dan datanın çıxarılması, təmizlənməsi və biznes bölmələri üçün avtomatlaşdırılmış, interaktiv dəşbordların hazırlanması.

Məhsul sahibləri (Product Owners) və satış komandaları ilə sıx işləyərək biznes tələblərini texniki tapşırıqlara çevirmək və data əsaslı qərarların verilməsinə dəstək olmaq.

DWH-dan məlumatların çıxarılması və onun əsasında birdəfəlik Ad-hoc və daimi hesabatların hazırlanması.

Görülən data əsaslı işlərin sənədləşdirilməsi.

Requirements

Data Analitikası, CVM, BI və ya CRM analitikası sahəsində minimum 1-2 il iş təcrübəsi

Oracle SQL, PL/SQL üzrə biliklər və mürəkkəb sorğular (complex queries) yazma bacarığı.

Superset və ya Tibco spotfire kimi BI alətlərindən sərbəst istifadə edərək kompleks dəşbordların yığılması.

Mürəkkəb datadan biznes mənasını çıxarma və qərar qəbuletməni dəstəkləyən "insight"-lar yaratma bacarığı.

Stakeholder-lara və biznes komandalarına datanı sadə və anlaşılan şəkildə izah edə bilmə.

Detallara diqqət, komandada işləmə və problem həlletmə bacarığı.

Biz nə təklif edirik?

Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;

Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;

Güclü komanda ruhu və müasir korporativ iş mühiti.

Apply at the source

This role was published by Unibank Kommersiya Bankı and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗