Find your next opportunity

Newest first

Backend Proqramlaşdırma şöbəsinin Aparıcı mütəxəssisi

Unibank Kommersiya Bankı

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Backend
Posted

Description

  • Bankın kart, hesab və depozit istiqamətləri üzrə backend servislərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
  • Java və Spring Boot əsasında mikroservis arxitekturasına uyğun həllərin hazırlanması;
  • Bankın daxili sistemləri və üçüncü tərəf servisləri ilə inteqrasiyaların qurulması və dəstəklənməsi;
  • REST və SOAP protokolları, JSON və XML formatları vasitəsilə sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi;
  • Mövcud servislərdə yaranan texniki xətaların araşdırılması, səbəblərinin müəyyən edilməsi və həlli;
  • Yüksək yüklənmə şəraitində servislərin performansının və dayanıqlığının təmin edilməsi;
  • Biznes tələblərinin təhlilində iştirak etmək və optimal texniki həllər təklif etmək;
  • Unit və Integration testlərin hazırlanması, kod keyfiyyətinin qorunması;
  • Komanda üzvləri, biznes analitiklər və digər texniki komandalarla effektiv əməkdaşlıq.

Requirements

Texniki bilik və bacarıqlar

Java 17 və daha yuxarı versiyalar üzrə güclü praktiki biliklər;

Spring Boot və Spring Security texnologiyaları ilə iş təcrübəsi;

Microservices Architecture və REST API dizayn prinsipləri üzrə dərin biliklər;

REST və SOAP servisləri ilə inteqrasiya təcrübəsi;

Kafka vasitəsilə event-driven architecture və asinxron məlumat mübadiləsi üzrə praktiki təcrübə;

SQL və PostgreSQL, Oracle kimi verilənlər bazaları ilə işləmək bacarığı;

Redis ilə praktiki iş təcrübəsi;

Adapter, Facade, Strategy və digər Design Patterns üzrə nəzəri biliklər və onların praktiki tətbiqi;

Məlumatların transformasiyası üçün MapStruct və ya analoji alətlərlə iş təcrübəsi;

Resilience4j və ya digər analoji Fault Tolerance mexanizmləri üzrə biliklər;

JUnit və Mockito vasitəsilə unit və integration testlərin yazılması üzrə təcrübə;

Git və müasir proqram təminatının hazırlanması prinsipləri üzrə biliklər.

Şəxsi və peşəkar bacarıqlar

Güclü analitik düşünmə və problemlərin həlli bacarığı;

Biznes tələblərini təhlil etmək və onlara uyğun effektiv texniki həllər təklif etmək bacarığı;

Problemlərə sistemli yanaşmaq və müstəqil qərarvermə bacarığı;

Komanda daxilində effektiv və konstruktiv kommunikasiya qurmaq bacarığı;

Tapşırıqlara məsuliyyətlə yanaşmaq və nəticəyönümlü işləmək bacarığı;

Texniki problemlərin həllində təşəbbüskarlıq göstərmək;

Dəyişən biznes prioritetlərinə çevik uyğunlaşmaq bacarığı.

Apply at the source

This role was published by Unibank Kommersiya Bankı and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗