Bulud həlləri üzrə arxitektor

PASHA Technology

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya

“PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan

bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə

edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” MMC “ Bulud həlləri üzrə

arxitektor” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

99,99% və daha yüksək əlçatanlıq SLA göstəricilərinin təmin edilməsi məqsədilə

miqyaslana bilən, yüksək etibarlılığa malik multi-tenant IaaS və PaaS arxitekturalarının layihələndirilməsi,

qurulması və optimallaşdırılması.

Özəl, ictimai və hibrid bulud

inteqrasiya modellərinin, multi-region tenant arxitekturasının və müxtəlif bulud mühitləri arasında iş yüklərinin

(workload) daşınması mexanizmlərinin layihələndirilməsi.

VMware

Cloud Director və Aria Automation vasitəsilə tenant-ların izolyasiyası, resurs istifadəsinin ölçülməsi və xərclərin

bölüşdürülməsi (metering/chargeback), kvotaların idarə edilməsi və self-service kataloqları üzrə standartların

müəyyən edilməsi və aktual saxlanılması.

Cloud-native tətbiqlər,

strukturlaşdırılmamış məlumatlar və dəyişdirilməz (immutable) backup repozitoriyaları üçün yüksək performanslı

S3-compatible Object Storage səviyyələrinin arxitekturasının hazırlanması.

High-Level Design (HLD), Low-Level Design (LLD), Bill of Materials (BoM) və tenant onboarding

çərçivələri daxil olmaqla əhatəli arxitektura sənədlərinin hazırlanması və aktual saxlanılması.

Red Hat OpenShift Container Platform (OCP) və korporativ Kubernetes (Tanzu / OKD) əsasında

dayanıqlı və geniş miqyaslı konteyner orkestrasiya platformalarının layihələndirilməsi.

Cloud-native storage qatlarının (OpenShift Data Foundation – ODF, CSI driver-lər, vSAN/SAN

backend-lər), eləcə də qabaqcıl şəbəkə həllərinin (OVN-Kubernetes, CNI plugin-lər, Service Mesh / Istio) inteqrasiya

edilməsi.

DevOps komandaları ilə əməkdaşlıq çərçivəsində CI/CD

deployment pipeline-larının (GitOps, ArgoCD, Jenkins) və konteyner image-lərinin idarə olunması mexanizmlərinin (Red

Hat Quay, Harbor) layihələndirilməsi.

Terraform, Ansible və Python/Bash

skriptlərindən istifadə etməklə cloud tenant-ların yaradılması, şəbəkə topologiyalarının və Day-2 əməliyyatlarının

avtomatlaşdırılması üçün Infrastructure as Code (IaC) və konfiqurasiya idarəetmə yanaşmalarının tətbiq edilməsi və

inkişaf etdirilməsi.

Avtomatlaşdırılmış cloud monitoring, telemetry

və observability həllərinin (VMware Aria Operations, Prometheus, Grafana, ELK/OpenSearch) tətbiq

edilməsi.

Virtual, fiziki və konteynerləşdirilmiş iş yükləri üçün

korporativ Backup-as-a-Service (BaaS) və Disaster Recovery-as-a-Service (DRaaS) çərçivələrinin

layihələndirilməsi.

Veeam Backup & Replication / Veeam Cloud

Connect, S3 Object Lock və tape/secondary SAN səviyyələrindən istifadə etməklə dəyişdirilməz (immutable) və

ransomware hücumlarına qarşı dayanıqlı backup arxitekturalarının tətbiq edilməsi.

Zerto, VMware SRM və data mərkəzləri arasında SDN stretch topologiyalarından istifadə etməklə

avtomatlaşdırılmış site failover/failback proseslərini təmin edən zero-RPO / near-zero-RTO Disaster Recovery

arxitekturalarının layihələndirilməsi.

Sıfır Etimad (Zero Trust)

təhlükəsizlik prinsiplərinin bulud infrastrukturu arxitekturasına inteqrasiya edilməsi, o cümlədən mikroseqmentasiya

(VMware NSX-T), paylanmış şəbəkə ekranı (Distributed Firewall), müasir yük balanslaşdırılması (Load Balancing) və

TLS/mTLS həllərinin tətbiq edilməsi.

İnfrastrukturun yerli

tənzimləyici tələblərə, maliyyə sektorunun informasiya təhlükəsizliyi çərçivələrinə və beynəlxalq bulud

standartlarına (ISO 27001, PCI-DSS) uyğunluğunun təmin edilməsi.

Tier-3/4 səviyyəli mürəkkəb texniki məsələlər üzrə arxitektura eskalasiyalarına dəstəyin

göstərilməsi, Bulud əməliyyatları, Sistem Mühəndisliyi və Texniki Dəstək komandalarına mentorluğun təmin

edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə

bakalavr və ya magistr dərəcəsi.

Təcrübə və bacarıqlar

Korporativ İT infrastrukturu və virtuallaşdırma sahəsində minimum 8 il praktiki iş

təcrübəsi, o cümlədən Solutions Architect, Cloud Architect və ya Principal Systems Engineer rolunda minimum 3 il iş

təcrübəsinin olması. Platforma xidmətləri və bulud infrastrukturu (hesablama, yaddaş, şəbəkə, müşahidə olunma) üzrə

sübut edilmiş təcrübə.

Cloud Service Provider (CSP), Managed Service

Provider (MSP), Tier-1 telekommunikasiya şirkəti və ya iri korporativ/bank mühitində müvafiq iş təcrübəsinin

olması.

Mürəkkəb multi-site infrastrukturun modernləşdirilməsi,

cloud migration və tam həll (turnkey) tenant deployment layihələrinin həyata keçirilməsi üzrə praktiki təcrübənin

olması. Sistem performansı, miqyaslana bilmə, keşləmə və dayanıqlılıq nümunələri üzrə güclü

biliklər;

Bulud Platformaları və Virtuallaşdırma: VMware

SDDC arxitekturası – vSphere/vCenter 8.x, VMware Cloud Director (vCloud Director), vSAN və Aria Suite (Automation /

Operations) üzrə dərin ekspert biliklərinin olması.

Konteyner Ekosistemi: Red Hat OpenShift (OCP), Kubernetes, Container Storage

Interface (CSI), Helm və ODF/Ceph üzrə güclü arxitektura və əməliyyat təcrübəsinin

olması.

Avtomatlaşdırma və Bulud Texnologiyaları:

Terraform (VMware/vCD provider-ləri), Ansible, REST API-lər və multi-tenant mühitlərin avtomatlaşdırılması üzrə

praktiki bilik və təcrübənin olması.

Storage & Object

Storage: SAN/NAS storage sistemləri (HPE 3PAR/Primera/Alletra, Pure Storage, Brocade/Cisco FC) və

S3-compatible Object Storage üzrə geniş bilik və təcrübənin olması.

Software-Defined Networking: VMware NSX / NSX-T, Edge Gateway routing (BGP,

OSPF), micro-segmentation və qabaqcıl load balancing texnologiyaları üzrə güclü ekspertizanın

olması.

Backup & DR: Korporativ BaaS/DRaaS

platformaları – Veeam (B&R, Cloud Connect, Kasten K10) və Zerto vasitəsilə Continuous Data Protection üzrə dərin

biliklərin olması.

Public & Hybrid Cloud –

üstünlükdür: AWS/Azure Hybrid Cloud connectivity arxitekturaları və Cloud Landing Zone yanaşmaları üzrə

bilik və təcrübənin olması.

Aşağıdakı sertifikatların olması üstünlük hesab edilir:

Red Hat: Red Hat Certified Specialist in OpenShift Administration

və ya RHCSA/RHCE.

VMware: VCP / VCAP – Cloud

Management & Automation, Data Center Virtualization və ya Network Virtualization.

Cloud / Automation / DR: HashiCorp Certified: Terraform Associate, Veeam

Certified Engineer (VMCE) / Architect (VMCA) və ya Certified Kubernetes Administrator (CKA).

Dil bilikləri:

Azərbaycan dili - Ana dili

İngilis dili -

Yaxşı

Rus dili – Yaxşı

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd

etməklə CV-ni Müraciət

et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə

bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə

saxlanacaq.

Apply at the source

This role was published by PASHA Technology and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗