Biznes Analitik (HRM Proqram təminatı üzrə)

Prosys LLC

Location
Not specified
Employment
Full-time
Category
Product & Project Management
Posted
Deadline

Description

İş yeri: Bakı, Azərbaycan

İş növü: Tam ştat (Full-time)

Biznes proseslərinin rəqəmsallaşdırılmasında rol almaq istəyirsiniz?

PROSYS MMC olaraq HRM proqram təminatının inkişafı və tətbiqi layihələrində iştirak

edəcək, biznes proseslərini analiz edərək proqram həllərinə çevirə biləcək Biznes Analitik axtarırıq.

Əgər analitik düşüncəyə malik, biznes proseslərini dərindən təhlil etməyi sevən və SQL

biliklərinizlə proqram təminatlarının inkişafına töhfə vermək istəyirsinizsə, komandamıza qoşulun!

Sizdən nələri gözləyirik?

Analitik düşüncə tərzi və detallara yüksək diqqət;

Minimum 1 il Biznes Analitik və ya oxşar vəzifədə iş təcrübəsi;

Biznes proseslərinin təhlili, modelləşdirilməsi və optimallaşdırılması sahəsində

təcrübə;

Müştəri tələblərinin toplanması, analiz edilməsi və funksional

tələblərin hazırlanması bacarığı;

SQL (PL/SQL biliyi üstünlükdür) və

verilənlər bazası ilə işləmək bacarığı;

Texniki tapşırıqların və

funksional spesifikasiyaların hazırlanması təcrübəsi;

Jira, Balsamiq

Wireframes, MS Visio və ya oxşar alətlərlə işləmək bacarığı;

Agile /

Scrum metodologiyaları ilə işləmək təcrübəsi;

Komandada işləmək, ünsiyyət

və problem həll etmə bacarığı.

Arzuolunandır

HR prosesləri üzrə ümumi bilik;

Əmək

qanunvericiliyi və əmək haqqının hesablanması prosesləri barədə məlumat;

Rus və İngilis dili bilikləri.

Görəcəyiniz işlər

Müştəri tələblərinin toplanması və biznes analizinin

aparılması;

Biznes proseslərinin təhlili, modelləşdirilməsi və

sənədləşdirilməsi;

Scrum komandası ilə biznes tələblərinin

koordinasiyası;

SQL vasitəsilə məlumatların analizi və sistem

davranışının yoxlanılması;

Mövcud funksionallıqların təhlili və

funksional spesifikasiyaların hazırlanması;

Proqram təminatının test

edilməsi və keyfiyyətə nəzarət;

Məhsulun tətbiqi və tətbiq

dəstəyi.

Biz sizə nə təklif edirik?

Rəqabətədavamlı əmək haqqı (bilik və təcrübəyə uyğun);

5 günlük iş həftəsi (09:00–18:00);

Böyükmiqyaslı

proqram təminatı layihələrində iştirak imkanı;

Peşəkar inkişaf və karyera

yüksəlişi;

Güclü və peşəkar komanda ilə işləmək imkanı.

Mövzu hissəsində "Biznes Analitik (HRM)" qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron

poçt ünvanına göndərin.

Biznes proseslərini rəqəmsal həllərə çevirən komandanın bir hissəsi olun!

Apply at the source

This role was published by Prosys LLC and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗