Proqram təminatının versiyalanması və quraşdırılması mütəxəssisi

Prosys LLC

Location
Not specified
Employment
Full-time
Category
Backend
Posted
Deadline

Description

İş yeri: Bakı, Azərbaycan

İş növü: Tam ştat (Full-time)

Proqram təminatlarının sabit və təhlükəsiz şəkildə quraşdırılmasına nəzarət

etməyə hazırsınız?

PROSYS MMC komandası olaraq proqram təminatlarının versiyalanması və quraşdırılması

proseslərini idarə edəcək, müxtəlif əməliyyat sistemləri və verilənlər bazalarında təcrübəli mütəxəssis

axtarırıq!

Əgər siz texniki biliklərə, problem həll etmə bacarığına və komanda ruhuna sahibsinizsə,

bu fürsəti qaçırmayın!

Sizdən nələr gözləyirik?

Proqram təminatının quraşdırılması üçün versiyalar şəklində quraşdırma paketləri

hazırlamaq bacarığı,

MS Windows, Linux, Unix əməliyyat sistemləri üzrə

quraşdırma və inzibatçılıq təcrübəsi,

Oracle və MSSQL Server verilənlər

bazalarının quraşdırılması və inzibatçılığı üzrə biliklər,

SQL dilində

işləmək bacarığı,

Analitik düşüncə və problem həll etmə

bacarığı,

Tapşırıqlara adaptasiya və sərbəst araşdırma

qabiliyyəti,

Komanda daxilində işləmə bacarığı və kollektiv

şüur,

Diqqətlilik, məsuliyyət və düzgünlük kimi şəxsi

keyfiyyətlər,

Asan ünsiyyət qurma bacarığı və fikirləri

strukturlaşdırılmış şəkildə təqdim etmə bacarığı,

Ali

təhsil,

Ən azı 3 illik müvafiq iş təcrübəsi,

C# bilikləri olan namizədlərə üstünlük verilir,

Texniki ingilis dili biliyi (yaxşı bilənlərə üstünlük verilir),

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.

Görəcəyiniz işlər:

Proqram təminatlarının yeni versiyalarının hazırlanması və

quraşdırılması,

Windows ƏS-də IIS və Linux ƏS-də Nginx serverlərinin

quraşdırılması və inzibatçılığı,

Oracle və MSSQL Server verilənlər

bazalarının quraşdırılması və optimallaşdırılması,

Verilənlər bazasında

ehtiyat nüsxələrin avtomatik hazırlanmasının təmin edilməsi və gündəlik nəzarəti,

Verilənlər bazasının yeni versiyalarının yüklənməsi və sazlanması.

Biz sizə nə təklif edirik?

Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq),

Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə,

bazar),

Peşəkar inkişaf və innovativ layihələrdə iştirak

imkanı,

Dostyana və dəstəkləyici iş mühiti.

Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində

“Quraşdırma mütəxəssisi” yazaraq CV-nizi Müraciət

et düyməsində qeyd olunan elektron poçt ünvanına

göndərin.

Proqram təminatlarının təhlükəsiz və səmərəli şəkildə idarə olunmasına töhfə

vermək istəyirsiniz?

O zaman komandamıza qoşulun!

Apply at the source

This role was published by Prosys LLC and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗