Kiçik mühəndis-proqramçı (backend)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Backend
- Posted
- Deadline
Description
Struktur bölmənin adı
Rəqəmsal Mühəndislik departamenti \ Proqramlaşdırma və rəqəmsal həllər şöbəsi \ Proqramlaşdırma bölməsi
Vəzifənin funksiyaları:
Avtomatlaşdırılmış sistemlərin texniki dəstəyini təmin etmək, problemləri həll etmək və yenilikləri tətbiq etmək;
Rəqəmsal mühəndislikdə yeni texnologiyaların və trendlərin izlənilməsi və tətbiq olunması;
Yüksək keyfiyyətli, təhlükəsiz və səmərəli kodun yazılması və kodun sınaqdan keçirilməsi. Kodun təmizliyi və optimallığına nəzarət etmək;
Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
Miqyaslana bilən və effektiv sistem dizayn etmək üçün proqram təminatı memarları ilə sıx əməkdaşlıq etmək;
Layihələrin vaxtında və texniki tapşırığa uyğun həyata keçirilməsini təmin etmək;
Bankın istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud bankdaxili qaydaların icrası;
Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
Rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək;
Bankın daxili intizam və etik davranış qaydalarına riayət edilməsi;
Texniki kompetensiyalar
C# və Go dilləri çərçivələrində yüksək səviyyəli arxitektura və kod yazılması.
Algorithms & Data Structures
OAuth2, JWT token-lər və API təhlükəsizliyi üzrə təcrübə
SQL, NoSQL bazaları ilə iş təcrübəsi
Çox sistemlər, serverlər və mühitlər arasında istifadəçi identifikasiyası və avtorizasiyası
JavaScript framework-ləri (Angular.js, React.js və ya digər) ilə tanışlıq
Oracle, Postgre və ya digər RDBMS-lərlə təcrübə
RESTful API-lərin yaradılması və inteqrasiyası üzrə dərin bilik
Kod versiyalaşdırma sistemləri (Git) ilə iş təcrübəsi
MVC arxitekturasına bələdlik.
Təcrübə
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsil
Ali təhsil tələb olunur.
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) tələb olunur.
Kompüter bacarıqları
MS Office yüksək səviyyədə tələb olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Apply at the source
This role was published by Azərbaycan Respublikasının Mərkəzi Bankı and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-kicik-muhendis-proqramci-backend-152662