Find your next opportunity

Newest first

Biznes Analitik

Head Start Career Development

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted
Deadline

Description

Vəzifə haqqında

Biznes proseslərinin təhlili, əməliyyat fəaliyyətinin qiymətləndirilməsi və biznesin effektivliyinin artırılması istiqamətində çalışacaq analitik düşüncəyə malik Biznes Analitik axtarırıq.

Namizəd mövcud biznes proseslərini təhlil etməli, təkmilləşdirmə imkanlarını müəyyənləşdirməli, biznes tələblərini düzgün formalaşdırmalı və məlumatlara əsaslanan həllər təklif etməlidir.

Əsas vəzifə öhdəlikləri

Mövcud biznes proseslərinin, iş axınlarının və əməliyyat fəaliyyətinin təhlil edilməsi;

Biznes proseslərində mövcud problemlərin və təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi;

Müxtəlif struktur bölmələrindən biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi;

Biznes qərarlarının dəstəklənməsi məqsədilə analitik araşdırmaların aparılması;

Bazar, sektor və rəqib təhlillərinin həyata keçirilməsi;

Analitik hesabatların, təqdimatların və idarəetmə üzrə təkliflərin hazırlanması;

Əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqinin aparılması;

Biznes proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;

Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək biznes ehtiyaclarının müəyyənləşdirilməsi;

Həyata keçirilən dəyişikliklərin və təklif olunan həllərin effektivliyinin qiymətləndirilməsi.

Tələblər

Ali təhsil;

Analitik və tənqidi düşünmə, problem həll etmə bacarığı;

MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;

Power BI, Tableau və digər analitik alətlər üzrə biliklər üstünlükdür;

Məlumatların təhlili, nəticələrin şərhi və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı;

Hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə;

Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;

Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək; ingilis dili biliyi minimum B2.

Təklif edirik

Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

Strateji biznes qərarlarının hazırlanmasında iştirak imkanı;

Peşəkar və əməkdaşlığa əsaslanan iş mühiti;

Maraqlı və inkişafyönümlü layihələrdə iştirak.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Əmək haqqı: 3000-3200 AZN

Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.

Apply at the source

This role was published by Head Start Career Development and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗