Find your next opportunity

Newest first

İT Biznes Analitik

AFB Bank

Location
Baku
Employment
Full-time
Category
Product & Project Management
Posted
Deadline

Description

Rəqəmsal Bankçılıq sahəsi

İş şəraiti

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Tələblər:

Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.);

İT Biznes Analitik kimi ən azı 2 il iş təcrübəsi;

Proses yönümlü yanaşma (BPMN, UML modelləşdirmə);

End-to-end analiz aparmaq bacarığı (discovery → delivery mərhələləri arasında);

API və inteqrasiya analizi üzrə praktiki təcrübə (REST, event-driven yanaşmalar);

Məlumat axınlarının (data flow, data mapping) modelləşdirilməsi bacarığı;

BPMN, UML və ya oxşar modelləşdirmə alətləri ilə işləmə təcrübəsi;

Qeyri-funksional tələblərin müəyyənləşdirilməsi (performans, təhlükəsizlik, scalability və s.);

Requirement lifecycle və traceability üzrə bilik (RTM və ya oxşar yanaşma);

Agile/Scrum və ya Waterfall metodologiyaları üzrə biliklər;

SQL biliyi və məlumatların yoxlanması bacarığı (üstünlükdür);

İngilis dili biliyi (yaxşı səviyyədə).

İşin təsviri:

Biznes və sistem tələblərinin toplanması, analizi və sənədləşdirilməsi;

Yeni məhsul və funksionallıqlar üzrə tələblərin hazırlanması (user story, use case, biznes qaydaları);

Mövcud və hədəf proseslərin modelləşdirilməsi (AS-IS / TO-BE; BPMN və ya oxşar formatda);

End-to-end analiz prosesinin icrası (Senior səviyyə: rəhbərlik və qərarvermə məsuliyyəti ilə);

Funksional həllərin hazırlanması və alternativlərin müqayisəli analizi;

Sistemlərarası inteqrasiyaların təhlili və texniki spesifikasiyalarının hazırlanması (API, data flow, data mapping);

API-lərin test və validasiyası (Postman, Swagger);

UI/UX komandası ilə birlikdə user flow və funksional davranışların formalaşdırılması;

Backlog idarə edilməsi və prioritetləşdirmə prosesinə qoşulma (Product Owner ilə birgə);

QA komandası ilə əməkdaşlıq və UAT/test mərhələlərində iştirak;

Dəyişikliklərin təsir analizinin aparılması və sənədləşdirilməsi;

Stakeholder-lərlə effektiv kommunikasiya və tələblərin razılaşdırılması;

Biznes və texniki sənədlərin hazırlanması (BRD, SRS, API Spec və s.).

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İT Biznes Analitik” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.

Apply at the source

This role was published by AFB Bank and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗