Aparıcı sistem inzibatçısı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

Struktur bölmənin adı

İnformasiya texnologiyaları əməliyyatları departamenti / Ödəniş sistemlərinin təminatı şöbəsinin Ödəniş sistemlərinin idarəedilməsi bölməsi

Vəzifənin funksiyaları:

Ödəniş sistemləri, servisləri, inteqrasiyaları və avtomatlaşdırılmış iş yerlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, yaranan xətaların araşdırılması və aradan qaldırılması.

Ödəniş sistemlərinin istismar reqlamentlərinə uyğun olaraq inzibati və texniki idarəetmənin həyata keçirilməsi, gündəlik əməliyyat jurnallarının və sistem göstəricilərinin təhlilinin aparılması;

Yeni versiyaların yoxlanılması və istifadəyə verilmədən əvvəl təsdiq proseslərinin həyata keçirilməsi;

Ödəniş sistemləri ilə Mərkəzi Bankın digər informasiya sistemləri arasında inteqrasiya və məlumat mübadiləsinin təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi;

Texniki kompetensiyalar

İnsidentlərin texniki izahı

Ödəniş sistemləri və əlaqəli proqram təminatları ilə biliklər və təcrübə

Texniki sənədlərin hazırlanması

Proseslərin avtomatlaşdırılması

Logların araşdırılması

Analitik təhlil etmə

Vaxtın idarəedilməsi

Stressə davamlılıq

Təcrübə

Müvafiq sahədə minimum 3 il tələb olunur.

Təhsil

İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı

Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

Kompüter bacarıqları

Biznes tətbiqlərinin administratoru kimi, xüsusilə bank və ödəniş sistemlərinin tətbiqi, idarə olunması və texniki dəstəyi sahəsində iş təcrübəsi tələb olunur

Logların təhlili, problemlərin diaqnostikası və texniki nasazlıqların aradan qaldırılması bacarığı tələb olunur

REST API və SOAP veb-xidmətlərinin iş prinsiplərini başa düşmək tələb olunur

XML və JSON formatları ilə işləmək təcrübəsi tələb olunur

SQL və Linux üzrə baza bilikləri tələb olunur

Yeni həllərin inteqrasiyası və test edilməsi, həmçinin texniki sənədlərin hazırlanması üzrə təcrübə tələb olunur

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by Azərbaycan Respublikasının Mərkəzi Bankı and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗