IT mütəxəssisi (Helpdesk)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
Komandamıza texniki dəstək üzrə mütəxəssis axtarırıq. Texnologiyanı yaxşı anlayan,
istifadəçilərə kömək etməyi bacaran və gündəlik iş prosesinə sakit və məsuliyyətli yanaşan namizədə üstünlük
veririk.
Vəzifə öhdəlikləri
Yaranan insident və texniki problemləri operativ şəkildə həll
etmək;
İşçi kompüterlərini (Windows/Linux) və ofis avadanlıqlarını
quraşdırmaq və sazlamaq;
Kabel şəbəkəsinin çəkilişi və texniki xidmətini
həyata keçirmək;
Şəbəkə avadanlıqlarını sazlamaq, server
infrastrukturunun idarə olunmasına dəstək vermək;
İstifadəçilər
tərəfindən daxil olan müraciətləri telefon, e-poçt və ticket sistemi vasitəsilə qəbul etmək və
cavablandırmaq;
Virtuallaşdırma sistemləri ilə işləmək (VMware, Proxmox,
ESXi, VirtualBox).
Namizədə tələblər
Ali və ya orta ixtisas texniki təhsil;
Helpdesk sahəsində yaxşı bilik və istifadəçilərlə işləmə təcrübəsi;
Şəbəkələr üzrə baza bilikləri və IT infrastrukturu haqqında anlayış;
Server əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
Nəzakətli və ünsiyyətcil olmaq, texniki məsələləri istifadəçilərə sadə və anlaşılan şəkildə
izah etməyi bacarmaq.
İş şəraiti
Sakit və stabil iş mühiti, sağlam kollektiv;
İş qrafiki: 5/2, 09:00–18:00;
İş
yeri: Nərimanov m. ərazisi;
Stabil əməkhaqqı və bonus
sistemi.
Maraqlanan namizədlər CV-lərini aşağıda yerləşdirilmiş “Müraciət et” düyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Helpdesk” qeyd etməyiniz xahiş
olunur.
Apply at the source
This role was published by Company and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/it-mutexessisi-helpdesk-fxf7H6