AI / ML Mühəndisi (Agentic AI yönümlü)

Proxima Tech Solutions

Location
Baku
Employment
Full-time
Category
Data Science & ML
Posted

Description

Fərqli sahələrdə başdan-sona (end-to-end) ML həlləri hazırlamaq (LLM/NLP, görüntü emalı, səs, tabular data və s.)

Hazır modelləri ehtiyaca uyğun adaptasiya etmək (fine-tuning, LoRA, adapter və s.)

Lazım gələrsə, sıfırdan model hazırlamaq

Model təlim proseslərini dizayn etmək və problemləri həll etmək (loss, data, evaluation və s.)

Modelin həqiqətən istifadə oluna bilməsi üçün lazımi sistemləri qurmaq (API, data axını, demo, alətlər)

Qeyri-müəyyən biznes ehtiyaclarını analiz edib, onları düzgün ML problemlərinə çevirmək

Agentic AI sistemləri hazırlamaq:

Çoxaddımlı tapşırıqları planlaşdıran və idarə edən agent strukturları qurmaq

LLM + tool (function calling) inteqrasiyaları hazırlamaq

Uzunmüddətli tapşırıqlarda context və memory idarəetməsini dizayn etmək

RAG, workflow orchestration və multi-agent sistemlər qurmaq

Və ən əsası: ML istifadəsinin həqiqətən lazım olub-olmadığını düzgün qiymətləndirmək

Requirements

Modeli başdan-sona təlim etdirmiş, problemləri görmüş və həll etmiş olmaq

PyTorch (və ya oxşar) üzrə güclü biliklər

LLM tərəfində praktiki təcrübə (fine-tuning, RAG, prompt engineering və s.)

Agentic AI təcrübəsi və ya güclü marağı:

AutoGen, LangGraph, CrewAI və ya oxşar framework-lərlə işləmə

Çoxaddımlı reasoning və task planning məntiqini anlamaq

API/tool inteqrasiyası ilə işləyən ağıllı agentlər hazırlamaq

Yalnız modeli deyil, sistemin bütövünü düşünə bilmək (API, deployment və s.)

Problemi düzgün anlamadan modelə tələsməyən, həll yönümlü yanaşma

Üstünlük sayılan təcrübələr

MLOps alətləri (MLflow, W&B və s.)

Qabaqcıl təlim texnikaları (distillation, multi-stage training və s.)

Görüntü emalı, səs sistemləri və ya multimodal layihələr

Unsupervised learning (clustering, anomaly detection və s.)

Multi-agent sistemlər və ya avtonom workflow dizaynı təcrübəsi

Elmi məqalələri oxuyub sürətlə tətbiqə çevirə bilmək

Performans optimallaşdırması (GPU, inference və s.)

Python · PyTorch · HuggingFace · SQL · Docker · Linux · Git · FastAPI · AWS/GCP/Azure

Müraciət etmək üçün : [email protected]

Apply at the source

This role was published by Proxima Tech Solutions and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗