1C Data Admin

Agro - West DC LLC

1C

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

İşçiyə qoyulan tələblər:

Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);

1C proqram təminatı (xüsusilə 1C Retail sahəsində) üzrə minimum 3 il iş təcrübəsi;

1C proqramlaşdırma üzrə kodlaşdırma biliklərinin olması üstünlükdür;

MS SQL Server və digər verilənlər bazası idarəetmə sistemləri üzrə biliklər;

Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;

Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;

Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.

Vəzifə öhdəlikləri:

Mağazalarda 1C proqram təminatının quraşdırılması, sazlanması və işə salınması;

1C Retail və digər mühasibat modullarında yaranan texniki nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması;

İstifadəçi hüquqlarının idarə olunması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi;

Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yaradılması və bərpası prosesinə nəzarət;

Proqram təminatının yenilənmələrinin tətbiqi və yeni funksionallıqların işə salınması;

1C ilə inteqrasiya olunan kassa sistemləri, barkod skanerləri, çəkilər və digər avadanlıqların düzgün işləməsinin təmin olunması;

Filiallardan gələn texniki sorğuların qəbul edilməsi, qeydiyyata alınması və həllinə nəzarət;

Yeni filialların açılış prosesində 1C proqram təminatının qurulması;

Sistem performansının izlənməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması;

IT və Mühasibatlıq şöbəsi ilə sıx əməkdaşlıq edərək iş proseslərinin fasiləsizliyinin təmin edilməsi.

İş şərtləri:

Nahar şirkət tərəfindən təmin edilir;

İş vaxtı: 09:00 – 18:00;

İstirahət günləri: Şənbə və Bazar.

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ 1C Data Admin ” başlığı ilə göndərə bilərlər.

Qeyd: Mövzuda vakansiya adı qeyd olunmadığı halda müraciətinizə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Apply at the source

This role was published by Agro - West DC LLC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗