Help Desk mütəxəssisi

Agro - West DC LLC

Location
Remote
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

Ünvan: Bakıxanov qəs., B. Bünyadov küç.

Vəzifə öhdəlikləri:

Sistem və avadanlıqlarda yaranan nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırılmasını təmin etmək

Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqlarının quraşdırılması və texniki dəstəyi

Yeni kompüterlərin hazırlanması və korporativ domenə qoşulması

Əsas və filial ofislərinə yerində və uzaqdan İT dəstəyin göstərilməsi

Şəbəkə infrastrukturu və internet çıxışının fasiləsiz işləməsinə nəzarət

LAN/WAN şəbəkələrinin qurulması və sazlanması

Proqram təminatlarının yenilənməsi və optimizasiyası

İT avadanlıqlarda yaranan fiziki nasazlıqların aradan qaldırılması

Printer, skaner, faks və digər ofis texnikalarının quraşdırılması və dəstəyi

Şirkət əməkdaşlarına İT dəstək və təlimlərin təşkili

Yeni açılan obyektlər üçün İT infrastrukturunun qurulması (mağaza, anbar və s.)

NVR/DVR sistemləri və müşahidə kameraları üzrə problemlərin həlli

Namizədə tələblər:

Ali təhsil

İT sahəsində minimum 3 il iş təcrübəsi

Windows əməliyyat sistemləri üzrə yaxşı biliklər

Kompüter şəbəkələri (IP, LAN/WAN) və server sistemləri üzrə baza bilikləri

Şəbəkə və kompüter avadanlıqlarının işləmə prinsiplərini bilməli

Backup, arxivləşdirmə və klonlama prosesləri üzrə anlayış

Excel proqramında yüksək səviyyədə işləmə bacarığı

CCNA və Microsoft sertifikatları arzuolunandır

Rus dili yaxşı səviyyədə, ingilis dili arzuolunandır

Avtomobilin olması vacibdir

İş şəraiti:

İş qrafiki: 5 günlük iş həftəsi

İş saatı: 09:00 – 18:00

Əmək haqqı: 700 – 900 AZN

Nahar və yanacaq şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Help Desk mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Apply at the source

This role was published by Agro - West DC LLC and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗