Find your next opportunity

Newest first

Yanğın Xəbərverici Sistemləri üzrə baş mütəxəssis

Facility Management Group

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Other Tech
Posted
Deadline

Description

Təsvir

Şirkətimiz yanğın xəbərverici sistemlərin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət edəcək Yanğın Xəbərverici Sistemləri üzrə Baş mütəxəssis axtarır. Namizəd sistemlərin auditinin aparılması, layihələrin texniki idarə edilməsi, quraşdırma və təhvil proseslərinə nəzarət, risklərin müəyyənləşdirilməsi və texniki hesabatların hazırlanmasını həyata keçirəcək.

Vəzifə öhdəlikləri

Yanğın xəbərverici sistemlər üzrə audit yoxlamalarını təşkil etmək və aparmaq;

Layihələrin icrasına və texniki tələblərə uyğunluğuna nəzarət etmək;

Yanğın xəbərverici sistemlərin layihələndirilməsində iştirak etmək və texniki həlləri qiymətləndirmək;

İş həcmlərini müəyyənləşdirmək və texniki iş təsvirlərini hazırlamaq;

Texniki tələbləri və ehtiyacları müəyyənləşdirmək, müvafiq həllər üzrə təkliflər vermək;

Yanğın xəbərverici sistemlərin quraşdırılması, texniki xidməti, konfiqurasiyası və şəbəkə bağlantıları üzrə texniki sənədləri hazırlamaq və nəzarətdə saxlamaq;

Sistemlərin istismarına nəzarət etmək və texniki məlumatları təqdim etmək;

Layihələr üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;

Yanğın xəbərverici sistemlərin quraşdırılması və təhvil prosesinə nəzarət etmək;

Sistemlərin audit nəticələrini və texniki vəziyyətini qiymətləndirərək hesabatlar hazırlamaq;

Avadanlıq və materiallara olan tələbatı müəyyənləşdirmək, sifariş prosesinə nəzarət etmək;

Hesabat və texniki məruzələri hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri üzrə təkliflər vermək;

İşlərin təhlükəsizlik norma və standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;

Görülən işlərin və texniki proseslərin düzgün sənədləşdirilməsini təmin etmək.

Tələblər

Yanğın təhlükəsizliyi, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil;

Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;

Yanğın xəbərverici və aşağı gərginlik sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və texniki xidməti üzrə biliklər;

Təhlükəsiz iş mühitinin təmin edilməsi və işlərin prosedur və standartlara uyğun təşkili üzrə biliklər;

İnşaat, mexaniki və elektrik çizgilərini oxumaq və başa düşmək bacarığı;

Bina sistemlərinin qiymətləndirilməsi, layihələndirilməsi, quraşdırılması və işə salınması prosesləri üzrə biliklər;

Analoq və rəqəmsal sistemlər üzrə biliklər;

Word, Excel, PowerPoint, AutoCAD və Outlook proqramlarında işləmək bacarığı;

Texniki sənədləşdirmə və hesabatların hazırlanması bacarığı;

Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;

İşlərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

Könüllü tibbi sığorta

İşçinin inkişafı üçün təlim, tədris proqramları

Rəqabətli əmək haqqı və bonus sistemi

Şəhər mərkəzində ofis

Korporativ tədbirlər

Korporativ loyallıq proqramına üzvlük

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Apply at the source

This role was published by Facility Management Group and listed via Jooble. Applications are handled there, not on this site.

View & apply on jooble.az ↗