Yanğın Sistemləri və Yanğın Siqnalizasiyası üzrə Texniki Mütəxəssis

Azin Technology

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

İş yeri:DEVNİX MMC (Azin Technology)

İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov (Ba ş ofis ünvanıdır ərazi müxtəlif olur)

Yaş həddi: 20 – 40 yaş

Əmək haqqı: Namizədin təcrübəsinə əsasən

Vəzifə öhdəlikləri:

Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə daxil olan layihələrin ilkin texniki baxışının aparılması;

Layihə, çertyoj və texniki tapşırıqların oxunması və texniki tələblərin müəyyənləşdirilməsi;

Obyektlərə ilkin baxış keçirilməsi və uyğun yanğın sistemlərinin texniki həllinin hazırlanması;

Ünvanlı və konvensional yanğın siqnalizasiya sistemləri üzrə layihələndirmə və avadanlıq seçiminin aparılması;

FM-200, sulu və digər avtomatik yanğınsöndürmə sistemləri üzrə texniki işlərin həyata keçirilməsi;

Layihə üzrə avadanlıq və material siyahısının hazırlanması;

Yanğın sistemlərinin quraşdırılması, sazlanması və test proseslərinə texniki nəzarət;

Mövcud sistemlərdə texniki nasazlıqların müəyyənləşdirilməsi və servis işlərinin həyata keçirilməsi;

Layihələrin icrası zamanı yaranan texniki məsələlərin həll edilməsi.

Requirements

Yanğın sistemləri üzrə ən azı 3 il praktiki iş təcrübəsi;

Yanğın siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemləri üzrə yaxşı texniki bilik;

Ünvanlı və konvensional sistemlərlə işləmə təcrübəsi;

FM-200 və sulu yanğınsöndürmə sistemləri üzrə bilik;

Yanğın layihələrini, çertyojları və texniki spesifikasiyaları oxuma bacarığı;

Avadanlıq və material seçimi üzrə praktiki təcrübə;

Montaj, sazlama və servis işləri üzrə təcrübə;

AutoCAD biliyi arzuolunandır;

Obyektlərə baxış və sahə işlərində iştirak edə bilmək.

📨 Müraciət qaydası:

CV-lərinizi “Mövzu” hissəsində” Yanğın üzrə Texniki Mütəxəssis” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:

📧 [email protected] 📅 Son müraciət tarixi: 15.10.2026

Apply at the source

This role was published by Azin Technology and listed via Hrin Co. Applications are handled there, not on this site.

View & apply on hrin.az ↗