İnformasiya Texnologiyaları üzrə mütəxəssis

MJ Finance

Location
Not specified
Employment
Freelance
Category
Other Tech
Posted

Description

  • Şirkət əməkdaşlarına gündəlik texniki dəstəyin göstərilməsi;
  • Kompüter, printer, skaner, IP telefon və digər ofis avadanlıqlarının quraşdırılması və sazlanması;
  • Windows əməliyyat sistemlərinin və zəruri proqram təminatlarının quraşdırılması;
  • İstifadəçi kompüterlərində yaranan proqram və avadanlıq problemlərinin aradan qaldırılması;
  • Active Directory sistemində istifadəçilərin yaradılması və idarə olunması;
  • İstifadəçilərin sistemlərə giriş hüquqlarının verilməsi və nəzarətdə saxlanılması;
  • Korporativ e-poçt hesablarının yaradılması və sazlanması;
  • Lokal şəbəkə, internet və Wi-Fi bağlantılarında yaranan problemlərin müəyyən edilərək aradan qaldırılması;
  • Şəbəkə avadanlıqlarının, o cümlədən router, switch və access point-lərin ilkin səviyyədə sazlanması;
  • Serverlərin, şəbəkə avadanlıqlarının və IT xidmətlərinin gündəlik monitorinqi;
  • Antivirus proqramlarının yenilənməsi və informasiya təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət;
  • Məlumatların ehtiyat nüsxələrinin yaradılması prosesinin izlənilməsi;
  • Yeni işçilər üçün kompüter və istifadəçi hesablarının hazırlanması;
  • İşdən ayrılan əməkdaşların sistemlərə girişlərinin vaxtında məhdudlaşdırılması;
  • IT avadanlıqlarının inventar uçotunun aparılması;
  • Texniki nasazlıqların və görülən işlərin qeydiyyatının aparılması;
  • Zərurət yarandıqda digər IT layihələrində və sistemlərin tətbiqində iştirak edilməsi.

Requirements

Yaş: 22-28;

İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;

IT dəstək və ya sistem inzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi;

Windows 10/11 və Windows Server əməliyyat sistemləri üzrə biliklər;

Active Directory, DNS, DHCP və Group Policy haqqında ilkin biliklər;

TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış;

Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı;

Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması bacarığı;

Printer, skaner və digər periferik avadanlıqlarla işləmək bacarığı;

İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında məlumat;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;

Rus və ya ingilis dili biliyi üstünlükdür;

Məsuliyyətli, operativ və komandada işləmək bacarığı;

İstifadəçilərlə düzgün ünsiyyət qurmaq və problemlərə çevik yanaşmaq bacarığı.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by MJ Finance and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗