Web Developer – PHP/Backend vakansiyası
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Backend
- Posted
Description
Qarabağ Universiteti komandasını genişləndirir!
İnnovativ və dinamik iş mühitində peşəkar inkişaf etmək, müasir texnologiyalarla işləmək və universitetin rəqəmsal transformasiyasına töhfə vermək istəyirsinizsə, sizi Web Developer – PHP/Backend vakansiyasına müraciət etməyə dəvət edirik.
İş öhdəliklərinin təsviri
- Universitetin mülkiyyətində olan mövcud və yeni qurulacaq veb-platformaların, daxili sistemlərin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Cari sistemlərin transferi, adaptasiyası və idarə edilməsi məqsədilə keçiriləcək təlimlərdə iştirak etmək, müvafiq CMS (xüsusilə Drupal) və framework arxitekturalarını mənimsəmək;
- Layihələrin backend və modul/funksionallıq infrastrukturunu daxili ehtiyaclara uyğun olaraq qurmaq və inkişaf etdirmək;
- Verilənlər bazasının (MySQL, PostgreSQL) arxitekturasını layihələndirmək, sorğuları optimallaşdırmaq və məlumatların bütövlüyünü qorumaq;
- Mövcud kod bazalarında yaranan texniki nasazlıqları (bug-ları) təsbit edib aradan qaldırmaq və refaktorinq işlərini aparmaq;
- İnteqrasiya tələb olunan sistemlər üçün RESTful API-lar hazırlamaq və ya mövcud API-larla işləmək;
- Görülən işlər və sistemlərin strukturu barədə texniki sənədləşməni hazırlamaq və İT komandası ilə koordinasiyalı işləmək.
Tələblər
- Kompüter elmləri, İT, Proqramlaşdırma və ya müvafiq sahə üzrə ali təhsil;
- PHP proqramlaşdırma dili üzrə minimum 2-3 il iş təcrübəsi (OOP, MVC prinsiplərini və Clean Code standartlarını bilmək);
- Müasir PHP framework-ləri (Laravel, Symfony və s.) və ya CMS platformaları ilə təcrübə (Drupal bilikləri böyük üstünlükdür);
- Relasiyalı verilənlər bazaları (MySQL, PostgreSQL, Oracle) ilə işləmək bacarığı;
- Baza səviyyədə HTML5, CSS3, JavaScript bilikləri və Git (Version Control) ilə işləmək təcrübəsi;
- Linux əməliyyat sistemi üzrə təməl anlayış;
- Yeni texnologiyaları və fərqli platformaların arxitekturasını sürətlə qavrama bacarığı.
Müraciət etmək üçün
Namizədlər CV-lərini mövzu hissəsində
“Web Developer - PHP/Backend”
qeyd etməklə
[email protected]
elektron poçt ünvanına təqdim edə bilərlər.
Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Apply at the source
This role was published by EduMap.az and listed via Edumap.az. Applications are handled there, not on this site.
Original posting: https://edumap.az/web-developer-php-backend-vakansiyasi