Verilənlər üzrə Baş Mühəndis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
- Medallion Architecture əsasında çoxqatlı məlumat axınları üçün strateji həllərin hazırlanması;
- Məlumatların emalı və saxlanılması proseslərini dəstəkləyən irimiqyaslı data pipeline-ların hazırlanması və idarə edilməsi;
- Data platformalarının performansını və etibarlılığını artırmaq məqsədilə optimallaşdırma tədbirlərinin həyata keçirilməsi;
- Apache Iceberg və digər məlumat saxlama həlləri üzrə təhlükəsizlik və uyğunluq strategiyalarının tətbiqi;
- Kubernetes əsaslı data platformalarının sabitliyinin və miqyaslana bilmə qabiliyyətinin təmin edilməsi;
- Resursların idarə olunması strategiyalarının hazırlanması və platforma daxilində avtomatlaşdırılmış həllərin tətbiqi;
- Layihələrin planlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində komanda ilə sıx əməkdaşlıq edilməsi;
- Junior və Middle Data Engineer-lərə texniki mentorluq göstərilməsi və peşəkar inkişaflarının dəstəklənməsi;
- Mövcud texnologiya ekosisteminin qiymətləndirilməsi və yeni texnoloji həllərin platformaya inteqrasiyasının idarə edilməsi.
Üstünlüklərimiz:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Komanda daxilində güclü bilik və təcrübə mübadiləsi;
- Rahat və müasir iş mühiti;
- Tibbi sığorta.
Requirements
- Kompüter elmləri, Məlumat mühəndisliyi (Data Engineering) və ya müvafiq sahə üzrə magistr və ya daha yüksək təhsil;
- Data mühəndisliyi və ya data platformalarının dizaynı sahəsində minimum 5 il iş təcrübəsi;
- Proqramlaşdırma dillərindən Python, SQL və ya Java üzrə ən azı birində dərin bilik;
- Apache Airflow və dbt alətləri ilə işləmə təcrübəsi;
- Məlumat axını texnologiyaları: Apache Kafka və Confluent üzrə bilik;
- Məlumat emalı mühərriklərindən Apache Spark, Apache Flink və ya Apache Arrow üzrə ən azı birində dərin bilik;
- Məlumat saxlama sistemləri: Apache Iceberg, Delta Lake və MinIO (S3) ilə işləmə təcrübəsi;
- Kubernetes mühitində irimiqyaslı platformaların idarə olunması təcrübəsi;
- Liderlik və qərarvermə bacarıqları;
- Strateji düşüncə və innovativ yanaşma;
- Effektiv ünsiyyət və təqdimat bacarıqları.
Apply at the source
This role was published by Unibank Kommersiya Bankı and listed via Glorri. Applications are handled there, not on this site.
Original posting: https://jobs.glorri.az/vacancies/unibank/unibank-verilenler-uzre-bas-muhendis-60948838?isLocal=true