Məlumatların idarə edilməsi (Data Governance) üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Data & Analytics
- Posted
Description
- Məlumatların idarə edilməsinə dair siyasət, standart, prosedur və metodoloji sənədlərin hazırlanmasında iştirak etmək; Data sahibi (Data Owner), Data Steward və digər Data Governance rolları üzrə vəzifə və öhdəliklərin müəyyənləşdirilməsinə dəstək göstərmək;
- Data Governance üzrə komitə və işçi qruplarının fəaliyyətinin təşkilində iştirak etmək;
- Məlumatların keyfiyyət meyarlarını və göstəricilərini müəyyənləşdirmək, ölçmək və nəticələrini monitorinq etmək;
- Məlumatların keyfiyyətinə dair aşkar edilmiş çatışmazlıqların səbəblərini təhlil etmək və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
- Biznes terminlərinin, məlumat təriflərinin və digər metaməlumatların Data kataloqunda sənədləşdirilməsini və aktual saxlanılmasını təmin etmək;
- Data kataloqu və digər Data Governance alətlərinin tətbiqində və idarə edilməsində iştirak etmək;
- Məlumatların təsnifatı, saxlanılması, paylaşılması, arxivləşdirilməsi və silinməsi üzrə qaydaların hazırlanmasına dəstək göstərmək;
- Master Data Management təşəbbüslərində və əsas məlumatların vahid qaydada idarə edilməsində iştirak etmək;
- Rəqəmsallaşma, informasiya sistemlərinin yaradılması və inteqrasiya layihələrində Data Governance tələblərinin nəzərə alınmasına ekspert dəstəyi göstərmək;
- Məlumatlarla bağlı riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər təklif etmək;
- Data Governance üzrə hesabatlar və təqdimatlar hazırlamaq;
- Təşkilatın Data Governance üzrə mövcud vəziyyətinin və yetkinlik səviyyəsinin qiymətləndirilməsində iştirak etmək;
- Əməkdaşların məlumatların düzgün idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə və təlimlər keçirmək;
- Məlumatların idarə edilməsi üzrə yerli qanunvericiliyin, beynəlxalq standartların və qabaqcıl təcrübələrin tətbiqinə dəstək göstərmək.
Apply at the source
This role was published by Rəqəmsal Maliyyə Mərkəzi and listed via Careera. Applications are handled there, not on this site.
Original posting: https://careera.az/job/-mlumatlarn-idar-edilmsi-data-governance-zr-mtxssis