UX/UI Designer

TuranBank

Location
Baku
Employment
Full-time
Category
Design & UX
Posted

Description

  • Mobil tətbiq və veb platformalar üçün UX/UI dizaynlarının hazırlanmasında iştirak etmək;
  • Biznes tələblərini və istifadəçi ehtiyaclarını analiz edərək uyğun UX həllərinin hazırlanmasında iştirak etmək;
  • Wireframe, User Flow, Information Architecture və Interactive Prototype-ların hazırlanması;
  • Mobil və veb interfeyslərin müxtəlif ekran ölçülərinə və platformalara uyğunlaşdırılmasını təmin etmək;
  • Mövcud məhsullarda UX problemlərini müəyyənləşdirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Yeni məhsul və funksionallıqlar üzrə UX/UI araşdırmaları, istifadəçi ssenariləri və benchmark analizləri aparmaq;
  • Rəqib məhsulların və bazar həllərinin araşdırılmasında iştirak etmək;
  • İstifadəçi yönümlü və intuitiv interfeyslərin hazırlanmasına dəstək olmaq;
  • Design System və komponent kitabxanasının hazırlanması və inkişafında iştirak etmək;
  • Mövcud məhsullarda UI consistency və vahid dizayn standartlarını qorumaq;
  • Figma-da Components, Variants, Auto Layout və digər dizayn imkanlarından effektiv istifadə etmək;
  • Hazırlanmış dizaynların developer komandaya və biznes analitiklərə düzgün şəkildə təhvil verilməsini təmin etmək;
  • Developer-lərlə əməkdaşlıq edərək dizaynların texniki reallaşdırılmasını dəstəkləmək;
  • Dizayn həllərinin usability və user-centered design prinsiplərinə uyğunluğunu təmin etmək;
  • Hazırlanmış dizaynların istifadəçi və biznes tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri təkmilləşdirmələri həyata keçirmək.

Requirements

  • UX/UI Design sahəsində minimum 1 il iş təcrübəsi və portfolio;
  • Figma ilə işləmək üzrə yaxşı praktiki bacarıqlar;
  • Auto Layout, Components, Variants və Design System haqqında biliklər;
  • Mobil tətbiq və veb interfeys dizaynı üzrə əsas biliklər;
  • UX prinsipləri, usability, accessibility və User-Centered Design haqqında anlayış;
  • User Flow, Wireframe və Prototype hazırlamaq bacarığı;
  • Komponent əsaslı dizayn və Design System ilə işləmək haqqında anlayış;

Responsive Design prinsipləri haqqında əsas biliklər;

UX/UI araşdırması və benchmark aparmaq bacarığı;

Analitik düşüncə və problemlərin həlli bacarığı;

Detallara diqqətli və yaradıcı yanaşma;

Komanda ilə işləmək və developer/BA komandaları ilə effektiv kommunikasiya bacarığı;

Azərbaycan dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;

İngilis və ya rus dili biliyi üstünlükdür.

Şəxsi keyfiyyətlər

İstifadəçi ehtiyaclarını anlama və empati qurmaq bacarığı;

Analitik və sistemli düşüncə;

Öyrənməyə və yeni alətləri mənimsəməyə açıqlıq;

Məsuliyyətlilik və nəticəyönümlülük;

Detallara diqqət;

Komanda daxilində effektiv əməkdaşlıq;

Dizayn həllərini təkmilləşdirmək bacarığı.

Üstünlük veriləcək

Bankçılıq, FinTech və ya digər rəqəmsal məhsullar üzrə təcrübə;

Mobil bankçılıq və internet bankçılıq məhsulları haqqında anlayış;

Design System-in hazırlanması və inkişafı üzrə təcrübə;

UX Research və usability testing haqqında praktiki bilik;

Jira, Confluence və ya analoji məhsul idarəetmə alətləri ilə işləmə təcrübəsi;

Real layihələr üzrə UX/UI portfolio-nun olması.

Portfolio

Namizədin portfolio təqdim etməsi arzuolunandır. Portfolio-da ən azı 3-4 layihə üzrə dizayn prosesinin — problemin müəyyənləşdirilməsi, User Flow/Wireframe, UI dizayn, Prototype və yekun həllin — nümayiş etdirilməsi üstünlük hesab olunur.

Müraciət etmək üçün : [email protected]

Apply at the source

This role was published by TuranBank and listed via SmartJob.az. Applications are handled there, not on this site.

View & apply on smartjob.az ↗