Tətbiqlərə dəstək üzrə mütəxəssis (Application Supporter)
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Tətbiqlərə dəstək
üzrə mütəxəssis (Application Supporter) vakansiyası elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq
şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə
xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera
yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri
olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini
istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza
qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
Daxil olan texniki insident və sorğuları operativ şəkildə qəbul etmək, problemi
müəyyən edərək ilkin dəstəyi təmin etmək;
Sistem və tətbiq loqlarını (log
oxuma), həmçinin Java exception stack trace-lərini analiz edərək xətanın haradan qaynaqlandığını təyin
etmək;
SQL sorğuları vasitəsilə məlumatları yoxlamaq və səlahiyyəti
çərçivəsində mövcud problemləri birbaşa həll etmək;
Problemin həlli üçün
kod səviyyəsində dəyişiklik (development) tələb olunduqda və ya mürəkkəb texniki məsələni sənədləşdirərək developer
komandasına yönləndirmək;
İstifadəçilərdən və digər şöbələrdən gələn
sorğulara peşəkar şəkildə cavab vermək, prosesi izləmək.
Tələblər
RDBMS (Oracle, PostgreSQL və ya MySQL) üzrə orta səviyyədə SQL bilikləri (sorğu
yazmaq və məlumat bazasında analiz aparmaq);
Java tətbiqlərinin
loqlarını, xətalarını və əsas iş prinsipini oxuyub anlamaq bacarığı;
Analitik düşünmə, problemi tez izolyasiya etmə və operativ qərar qəbul etmə
qabiliyyəti;
Texniki problemlərin qeydiyyatı və eskalasiya prosesləri
üzrə ilkin iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Apply at the source
This role was published by Ferrum Capital and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/tetbiqlere-destek-uzre-mutexessis-application-supporter-Y0NvXE