Tətbiq və Təlim üzrə Mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
İş formatı: ofis işi və müştərilərin ünvanına müntəzəm
səfərlər
İş təcrübəsi: mütləq deyil; mühasibatlıq və ya IT sahəsində təcrübə
üstünlükdür
FleyLab proqram məhsullarını müştəriyə təqdim etməzdən əvvəl test edəcək, daha sonra isə
müştərinin əməkdaşlarına sistemdən düzgün istifadəni öyrədəcək mütəxəssis axtarır.
Bu vəzifə iki əsas istiqaməti birləşdirir:
Sistemin təlimdən əvvəl test mühitində funksional yoxlanılması.
Müştərinin əməkdaşlarına sistem üzrə praktiki təlim keçirilməsi.
Namizəd sistemi müştərinin qarşısında ilk dəfə yoxlamamalıdır. Təlim başlamazdan əvvəl
bütün əsas istifadəçi rolları və iş ssenariləri test edilməli, aşkar edilən problemlər qeydə alınaraq texniki
komandaya çatdırılmalıdır.
İş vaxtının təxminən 50–70%-i müştərilərin ünvanında keçirilən təlimlərdən və sahə
işindən ibarət ola bilər.
Vəzifənin əsas məqsədi
Sistemin müştəriyə təqdim edilməzdən əvvəl düzgün işlədiyini yoxlamaq, müştərinin
əməkdaşlarına sistemdən müstəqil istifadə etməyi öyrətmək və aşkarlanmış problemləri strukturlaşdırılmış şəkildə
komandaya təqdim etmək.
Vəzifə öhdəlikləri
Şirkətin proqram məhsulunu, modullarını, istifadəçi rollarını, giriş hüquqlarını və
əsas iş ssenarilərini dərindən öyrənmək.
Hər təlimdən əvvəl müştərinin
konfiqurasiyasına uyğun hazırlanmış test mühitində sistemi yoxlamaq.
Təlim keçiriləcək hər bir istifadəçi rolu üzrə ssenariləri başlanğıcdan sona qədər yerinə
yetirmək.
Məlumatların daxil edilməsi, dəyişdirilməsi, silinməsi,
əməliyyatların ləğvi və nəticələrin formalaşması kimi əsas funksiyaları test etmək.
Aşkarlanmış nasazlıqları, məntiqi uyğunsuzluqları və anlaşılmaz məqamları təlimdən əvvəl qeydə
almaq.
Problemləri ekran görüntüləri, təkrarlanma addımları və vaciblik
dərəcəsi ilə texniki komandaya təqdim etmək.
Sistem hazır olduqdan sonra
müştərinin əməkdaşlarına istifadəçi rolları üzrə praktiki təlim keçmək.
Təlim zamanı istifadəçilərin suallarını cavablandırmaq.
Dərhal cavablandırılması mümkün olmayan sualları dəqiq qeyd etmək və razılaşdırılmış müddətdə
cavabla geri qayıtmaq.
Texniki nasazlığı, istifadəçi səhvini, izah
çatışmazlığını və yeni funksiya tələbini bir-birindən ayırmaq.
Müştərilərin təklif və rəylərini toplamaq.
Hər
səfərdən sonra bir iş günü ərzində test və təlim nəticələri üzrə hesabat hazırlamaq.
İstifadəçi təlimatları və ekran videosu formatında təlim materialları hazırlamaq və
yeniləmək.
Təlimdən 1–2 həftə sonra müştəri ilə əlaqə saxlayaraq
sistemdən faktiki istifadə vəziyyətini yoxlamaq.
Namizədə tələblər
Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət.
Rus dilində sərbəst şifahi və yazılı ünsiyyət.
İngilis dilini yaxşı səviyyədə bilmək.
Mürəkkəb
məlumatı sadə və anlaşılan dildə izah etmək bacarığı.
Diqqətli olmaq və
sistemdəki uyğunsuzluqları aşkar edə bilmək.
Fikirləri
strukturlaşdırılmış və savadlı şəkildə yazılı ifadə etmək bacarığı.
Kompüterdən və veb tətbiqlərdən inamlı istifadə.
Ekran görüntüsü və ekran videosu hazırlamaq bacarığı.
Məsuliyyətlilik, dürüstlük və qeydlərin aparılmasında intizam.
Güclü ünsiyyət bacarıqları və stresli vəziyyətlərdə peşəkar davranış.
Ölkə daxilində müntəzəm işgüzar səfərlərə hazır olmaq.
Təhsil və iş təcrübəsi
İş təcrübəsi tələb olunmur. Mühasibatlıq və ya informasiya texnologiyaları sahəsində iş
təcrübəsi arzuolunandır və üstünlük hesab olunur.
Ali təhsil arzuolunandır. Aşağıdakı istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş
namizədlərə üstünlük verilir:
İnformasiya texnologiyaları;
kompüter
elmləri;
informasiya sistemləri;
mühəndislik;
mühasibat uçotu;
maliyyə və iqtisadiyyat.
Təhsil qrafiki müntəzəm işgüzar səfərlərə mane olmadığı halda son kurs tələbələri və
magistrantlar da nəzərdən keçirilə bilər.
Üstünlük hesab olunur
Mühasibatlıq və ya IT sahəsində iş təcrübəsi.
Proqram təminatının funksional və ya manual test edilməsi üzrə baza
anlayışları.
Texniki dəstək və ya müştərilərlə sahə işi
təcrübəsi.
CRM, ERP və ya digər korporativ sistemlərlə iş
təcrübəsi.
Təlim, təqdimat və ya müəllimlik
təcrübəsi.
SQL, API və sistem logları haqqında baza
bilikləri.
İstifadəçi təlimatlarının və ekran videolarının hazırlanması
təcrübəsi.
Şirkət nə təklif edir?
İş təcrübəsi olmayan namizədlər üçün strukturlaşdırılmış təlim və adaptasiya
proqramı.
Sistem testi və müştəri təlimi üzrə praktiki
hazırlıq.
Hazır video materiallar, test ssenariləri, yoxlama siyahıları
və hesabat şablonları.
İlk müştəri səfərləri zamanı təcrübəli əməkdaşın
dəstəyi.
Proqram məhsullarının tətbiqi, test edilməsi və müştəri təlimi
üzrə praktiki təcrübə.
Seçim mərhələsində namizədin sistemi yoxlama, məlumatı izah etmə və yazılı hesabat
hazırlama bacarıqlarını qiymətləndirmək üçün qısa praktiki tapşırıq təqdim oluna bilər.
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Mövzu: “Tətbiq və Təlim üzrə
Mütəxəssis”.
Apply at the source
This role was published by FleyLab and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/tetbiq-ve-telim-uzre-mutexessis-nCJFpU