Terminalların texniki dəstəklənməsi şöbəsinin eksperti

Bank of Baku

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

Vəzifə öhdəlikləri:

Bankomat, POS, ödəniş terminalları və Qmatic avadanlıqlarının texniki dəstəklənməsi üzrə mütəxəssis.

Əsas vəzifələr:

Bankomat

bankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;

bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;

əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;

problemli ödəniş əməliyyatlarının araşdırılması;

inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;

bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;

nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.

Tələblər:

Ali təhsil- bakalavriat

İş təcrübəsi- sahə üzrə 1-3 il

Bankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;

Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması

Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;

Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;

TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;

Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;

Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;

Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;

Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq;

Biz sizə nə təklif edirik?

Karyera inkişafı üçün əlverişli mühit;

Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;

Komanda quruculuq tədbirlərində iştirak imkanı;

İdman zallarında endirim imkanları;

Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;

Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;

Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

Apply at the source

This role was published by Bank of Baku and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗