Təmir və texniki dəstək şöbəsinin Mütəxəssisi
- Location
- Baku
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
- Ofis əməkdaşlarından daxil olan texniki və təsərrüfat xarakterli müraciətlərin qəbulunu, qeydiyyatını və icrasını təmin etmək;
- Ofisdə yaranan texniki və məişət problemlərinin operativ şəkildə aradan qaldırılmasını təşkil etmək;
- Ofis avadanlıqları, işıqlandırma, istilik sistemi və digər texniki sahələrin işlək vəziyyətinə nəzarət etmək;
- Əməkdaşlara ofisdə gündəlik yaranan texniki və təsərrüfat məsələləri üzrə praktiki dəstək göstərmək;
- Zəruri hallarda elektrik və digər texniki işlərin yerinə yetirilməsinə qismən nəzarət etmək;
- Texniki nasazlıqlar və yaranmış problemlər barədə məsul şəxsləri vaxtında məlumatlandırmaq;
- Təmir, texniki xidmət və digər təsərrüfat işləri üzrə kənar xidmət göstərən şəxslərin işini koordinasiya etmək.
Requirements
- Orta-ixtisas və ya bakalavr ali təhsili;
- Texniki nasazlıqları müəyyən etmək və operativ şəkildə aradan qaldırmaq bacarığı;
- Məsuliyyətlilik və intizamlılıq;
- Dəqiqlik və detallara diqqətlilik;
- Operativlik və çeviklik.
Apply at the source
This role was published by Unibank Kommersiya Bankı and listed via Glorri. Applications are handled there, not on this site.
Original posting: https://jobs.glorri.az/vacancies/unibank/unibank-temir-ve-texniki-destek-sobesinin-mutexessisi-11831475?isLocal=true