Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştəri obyektlərinə baxış keçirmək və mövcud su təchizatı sistemini qiymətləndirmək
Suyun istifadə məqsədini, sərfiyyatını, təzyiqini və obyektin texniki şərtlərini müəyyən etmək
Su analizinin nəticələrinə və obyektin ehtiyaclarına əsasən uyğun BWT həllərinin seçilməsində iştirak etmək
Filtrasiya, su yumşaltma və digər su təmizləmə sistemləri üzrə texniki hesablamalar aparmaq
Avadanlığın məhsuldarlığını, gücünü və tələb olunan konfiqurasiyanı müəyyən etmək
Su təchizatı və avadanlığın qoşulması üzrə texniki sxem və spesifikasiyalar hazırlamaq
Kommersiya təkliflərinin texniki hissəsinin hazırlanmasında satış komandasına dəstək göstərmək
Layihə, satış, təchizat və servis komandaları ilə koordinasiyalı işləmək
Quraşdırma işlərinin hazırlanmış texniki həllə uyğun həyata keçirilməsinə nəzarət etmək
Namizədə tələblər:
Su təchizatı, mühəndis kommunikasiya sistemləri və ya müvafiq mühəndislik istiqaməti üzrə ali təhsil
Su təchizatı sistemlərinin layihələndirilməsi və texniki hesablanması üzrə biliklər
Su sərfiyyatı, təzyiq, boru xətləri, filtrasiya və su təmizləmə prinsipləri haqqında biliklər
Texniki sxem, layihə və avadanlıq spesifikasiyaları ilə işləmək bacarığı
AutoCAD proqramında işləmək bacarığı
MS Excel və texniki hesablama proqramlarında işləmə bacarığı
Analitik düşüncə, texniki məsələlərin təhlili və həlli, həmçinin əlaqəli şöbələrlə koordinasiyalı işləmək bacarığı
İngilis və ya rus dili biliyi üstünlük hesab olunur
İş şəraiti:
İş qrafiki: 5 günlük iş rejimi
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
İş yeri: TAİS-İKF MMC
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ Su təchizatı və su təmizləmə sistemləri üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Apply at the source
This role was published by TAİS İKF and listed via JobSearch.az. Applications are handled there, not on this site.
Original posting: https://www.jobsearch.az/vacancies/tais-ikf-su-techizati-ve-su-temizleme-sistemleri-uzre-mutexessis-146469