Software & AI Development Intern
- Location
- Baku
- Employment
- Internship
- Category
- Data Science & ML
- Posted
Description
SmartDM | Proqramlaşdırma və süni intellekt üzrə staj proqramı
SmartDM startapı proqramlaşdırma və süni intellekt sahəsində inkişaf etməyi hədəfləyən, öyrənməyə həvəsli və təşəbbüskar gəncləri 3 aylıq staj proqramına dəvət edir.
Proqram ərzində SmartDM-in real layihələrinə qoşulacaq, mobil tətbiqlərin və AI həllərinin hazırlanmasında iştirak edəcəksən. İdeyanın təhlilindən funksiyanın hazırlanmasına və yoxlanılmasına qədər məhsulun inkişaf prosesində praktiki təcrübə qazanacaqsan.
Beynəlxalq səviyyəli mütəxəssislərdən öyrənmək, onların təcrübəsindən faydalanmaq və texniki problemlərə yanaşmalarını real iş üzərində görmək imkanın olacaq.
Requirements
Kimləri axtarırıq?
TypeScript və React Native üzrə ilkin bilik və praktiki təcrübəsi olan;
AI dəstəkli proqramlaşdırma və vibe coding alətlərindən istifadə edə bilən;
RAG, MCP, Skills və Subagents anlayışları ilə tanış olan;
Araşdırmağı, yeni texnologiyaları sınamağı və problemləri həll etməyi sevən;
Məsuliyyət götürməyə, komanda ilə işləməyə və davamlı öyrənməyə hazır namizədləri.
Sənə nə təklif edirik?
SmartDM startapında real layihələrdə iştirak;
Beynəlxalq səviyyəli mütəxəssislərdən təcrübə qazanmaq imkanı;
Mobil tətbiqlər və AI sistemləri ilə praktiki iş;
Peşəkar portfelini real layihələrlə gücləndirmək imkanı;
Bütün LLM-lərdən şirkət hesabına limitsiz istifadə;
Gələcəkdə Middle və Senior səviyyələrinə yüksəlmək üçün bilik və təcrübə bazası;
Yüksək nəticələr göstərərək SmartDM komandasında karyeranı davam etdirmək perspektivi.
Proqramın şərtləri
Müddət: 3 ay
İş formatı: hibrid
Ödəniş: staj proqramı ödənişsizdir
İşə qəbul: proqramın sonunda yüksək göstəriciləri olan iştirakçılara iş təklifi veriləcək
Tövsiyə məktubu: proqramı tamamlayan iştirakçılara istəkləri əsasında şirkət tərəfindən rəsmi tövsiyə məktubu təqdim ediləcək
Mövcud biliklərinlə yanaşı, öyrənmək həvəsinə, inkişaf potensialına və başladığın işi nəticəyə çatdırmaq əzminə önəm veririk.
Müraciət üçün CV-ni, varsa GitHub profilini və ya layihə linklərini göndər. Qısa təqdimatında indiyədək nə hazırladığını və hansı istiqamətdə inkişaf etmək istədiyini qeyd et.
Apply at the source
This role was published by StartPM Advisory and listed via Glorri. Applications are handled there, not on this site.
Original posting: https://jobs.glorri.az/vacancies/startpm/startpm-software-ai-development-intern-98393827?isLocal=true