Find your next opportunity

Newest first

Sistem İnzibatçısı (System Administrator)

TAİS İKF

Location
Baku
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted
Deadline

Description

“TAİS İKF” MMC Komandamıza təcrübəli “ Sistem İnzibatçısı (System Administrator)” axtarırıq

Vəzifə öhdəlikləri:

Windows Server və Linux serverlərinin quraşdırılması, konfiqurasiyası və administrasiyası

Active Directory, DNS, DHCP, Group Policy, RDS, DFS və fayl serverlərinin idarə edilməsi

Virtualizasiya mühitinin, virtual maşınların və məlumat saxlama sistemlərinin administrasiyası

LAN, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə avadanlıqlarının idarə edilməsi

Backup sistemlərinin monitorinqi, ehtiyat nüsxələmə və məlumatların bərpası əməliyyatlarının icrası

Server, şəbəkə və endpoint təhlükəsizlik tədbirlərinin texniki tətbiqi

IP PBX/VoIP telefoniya sistemlərinin administrasiyası, daxili nömrələrin, SIP bağlantılarının və zəng marşrutlarının konfiqurasiyası

CCTV, IP kameralar, NVR və videoarxiv sistemlərinin konfiqurasiyası, administrasiyası və texniki dəstəklənməsi

Serverlərin, şəbəkə xidmətlərinin və virtualizasiya resurslarının monitorinqi və optimallaşdırılması

İstifadəçi hesablarının, təhlükəsizlik qruplarının və giriş hüquqlarının idarə olunması

Kritik texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması

IT Support tərəfindən eskalasiya edilmiş mürəkkəb texniki problemlərin həlli

İT layihələrinin hazırlanmasında, yeni sistemlərin quraşdırılması, inteqrasiyası, sınağı və tətbiqində texniki iştirak

Skriptlər, avtomatlaşdırma və DevOps alətlərindən istifadə etməklə texniki proseslərin optimallaşdırılması

İT infrastrukturuna dair texniki sənədləşdirmənin aparılması və aktuallığının təmin olunması

Namizədə tələblər:

İnformasiya texnologiyaları və ya müvafiq texniki sahədə təhsil

Sistem inzibatçılığı üzrə minimum 3 il praktiki iş təcrübəsi

Windows Server 2019/2022/2025 üzrə praktiki administrasiya bacarıqları

Active Directory, DNS, DHCP, GPO, NTFS, DFS və RDS üzrə biliklər

Linux (Ubuntu/Debian) sistemlərinin administrasiyası üzrə biliklər

Virtualizasiya texnologiyaları (Proxmox VE, VMware və ya Hyper-V) üzrə praktiki təcrübə

TCP/IP, VLAN, Routing, Switching, VPN, Firewall və şəbəkə təhlükəsizliyi üzrə praktiki biliklər

Backup, Disaster Recovery, RAID və məlumat saxlama sistemləri üzrə biliklər

IP PBX, SIP, VoIP, SIP Trunk və IP telefonların konfiqurasiyası üzrə praktiki bacarıqlar

CCTV, IP kamera, NVR, PoE, ONVIF və videoarxiv sistemləri üzrə praktiki bacarıqlar

Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, texniki diaqnostika, skript hazırlanması və İT proseslərinin avtomatlaşdırılmasında tətbiq etmək bacarığı

Docker, Git, Linux və Bash/PowerShell skriptləri üzrə bilik və bacarıqlar

Server avadanlıqları, RAID və aparat səviyyəsində texniki nasazlıqların diaqnostikası üzrə biliklər

İT sənədləşməsi, şəbəkə və server konfiqurasiyalarının, prosedurların və dəyişikliklərin sənədləşdirilməsi bacarığı

Texniki problemləri müstəqil təhlil etmək və həll etmək bacarığı

Dil bilikləri:

Azərbaycan dili: Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət

Rus dili: Texniki ünsiyyət bacarığı arzuolunandır

İngilis dili: Texniki sənədləri oxuyub anlamaq bacarığı

Üstünlük veriləcək:

Virtual mühitlər üzrə praktiki təcrübə

Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə avadanlıqlarının administrasiyası üzrə təcrübə

Fortinet FortiGate Firewall, NAT, IPsec/SSL VPN və təhlükəsizlik siyasətlərinin konfiqurasiyası üzrə təcrübə

HPE ProLiant və Dell PowerEdge serverləri, RAID, iLO/iDRAC üzrə praktiki biliklər

Kaspersky Security Center sistemlərinin administrasiyası üzrə təcrübə

Grandstream, 3CX və Yealink IP telefoniya sistemləri üzrə təcrübə

Dahua və Hikvision CCTV, NVR və mərkəzləşdirilmiş videomüşahidə həlləri üzrə təcrübə

DevOps: CI/CD, Docker Compose və sistem konfiqurasiyalarının avtomatlaşdırılması üzrə təcrübə

Microsoft SQL Server infrastrukturu, DFS və RDS üzrə əlavə təcrübə

Microsoft, Linux, şəbəkə və informasiya təhlükəsizliyi üzrə sertifikatlar

Çoxfiliallı korporativ İT infrastrukturu ilə iş təcrübəsi

İş şəraiti:

İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)

İş saatı: 09:00 – 17:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ Sistem İnzibatçısı (System Administrator)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

Apply at the source

This role was published by TAİS İKF and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗