Sistem inzibatçısı

Milli Kibertəhlükəsizlik Agentliyi

Location
Baku
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted
Deadline

Description

Vəzifə öhdəlikləri:

Server infrastrukturunun idarə edilməsi: Fiziki və virtual serverlərin (Windows Server/Linux) dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;

Active Directory və Domen infrastrukturu: AD DS, GPO, DNS, DHCP, WSUS, SCCM, IIS və FSMO rollarının idarə edilməsi, təhlükəsizlik siyasətlərinin (CIS Benchmarks) tətbiqi və auditi;

Yedəkləmə və Bərpa (Backup & DR): Data yedəklənməsi strategiyasını (Veeam) həyata keçirmək, mütəmadi bərpa testləri aparmaq və fəlakətdən bərpa planlarını yeniləmək;

Avtomatlaşdırma və Optimizasiya: Gündəlik təkrarlanan sistem inzibatçılığı tapşırıqlarının PowerShell/Bash/Python skriptləri ilə avtomatlaşdırılması;

Sənədləşmə və İnventarizasiya: Server infrastruktur sxemlərinin, sistem rollarının və İT resurslarının uçotunun (Jira İTSM) daim aktual saxlanılması.

Tələblər:

İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Sistem mühəndisliyi və ya əlaqədar ixtisaslar üzrə ali təhsil;

MCSA / MCSE / Windows Server Hybrid Associate, VMware VCP / Proxmox VE, LPIC-1 və RHCSA üzrə sertifikatların olması üstünlük hesab olunur.

Əməliyyat sistemləri: Windows Server 2022/2025 və Linux (Ubuntu, Debian, RedHat/CentOS) dərin bilikləri;

İnfrastruktur xidmətləri: Active Directory (AD DS, DNS, DHCP, WSUS, SCCM, IIS, Failover Clustering) və Group Policy (GPO) üzrə dərin biliklər;

Şəbəkə bilikləri: TCP/IP protokolları, LAN/Wi-Fi şəbəkələrinin qurulması, Switch və Router-lərin təməl səviyyədə sazlanması;

Yedəkləmə və Monitorinq: Veeam Backup & Replication, Zabbix, Uptime Kuma, syslog platformaları ilə iş təcrübəsi;

Avtomatlaşdırma və Skriptlər: PowerShell, Bash, Python vasitəsilə gündəlik sistem inzibatçılığı tapşırıqlarının avtomatlaşdırılması.

İş şərtləri:

İş qrafiki: Tam iş günü (5 gün).

İş saatları: 09:00-18:00.

İş yeri: Bakı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Apply at the source

This role was published by Milli Kibertəhlükəsizlik Agentliyi and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗