Sistem İnzibatçısı
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
Description
PROSYS MMC olaraq komandamıza şirkətin İT infrastrukturunun fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək, server və şəbəkə sistemlərinin idarə olunmasında təcrübəli Sistem İnzibatçısı axtarırıq!
Əgər server texnologiyaları, şəbəkə avadanlıqları və informasiya təhlükəsizliyi sahəsində təcrübəniz varsa, peşəkar komandamızın bir hissəsi olmağa dəvət edirik.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat
Requirements
Ali təhsil
Ən azı 3 il iş təcrübəsi
Windows Server əməliyyat sistemləri ilə iş təcrübəsi
Linux əməliyyat sistemlərinin quraşdırılması və administrasiyası üzrə biliklər
VMware platforması ilə iş təcrübəsi
OSI modeli və TCP/IP protokolları üzrə biliklər
VoIP texnologiyaları və SIP, H.323 kimi protokollar haqqında biliklər
Şəbəkə təhlükəsizliyi (Firewall, VPN, IPSec və s.) üzrə biliklər
Simsiz şəbəkələrin qurulması və idarə olunması üzrə təcrübə
Active Directory mühitində istifadəçilərin idarə olunması bacarığı
Şəbəkə və informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi
Müştərilərlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
Komandada işləmək bacarığı
Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq
Müvafiq beynəlxalq sertifikatlara (CCNA, MCSA, MCSE, VMware və s.) malik namizədlərə üstünlük verilir.
Sizi hansı işlər gözləyir?
Windows və Linux əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və administrasiyası
Şəbəkə avadanlıqlarının (aktiv və passiv) quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi
Hardware və software səviyyəsində yaranan problemlərin diaqnostikası və aradan qaldırılması
VMware virtual mühitinin quraşdırılması və idarə olunması
VoIP, IP PBX və videokonfrans sistemlərinin quraşdırılması və konfiqurasiyası
CCTV sistemlərinin (DVR, analoq və IP kameralar) quraşdırılması və sazlanması
Simsiz şəbəkələrin və modemlərin konfiqurasiya olunması
Active Directory üzərində istifadəçilərin və giriş hüquqlarının idarə olunması
Şəbəkə təhlükəsizliyinin təmin edilməsi və monitorinqin aparılması
Sistem və avadanlıq loqlarına nəzarət olunması
Ehtiyat nüsxələrin (Backup) yaradılması və idarə olunması
Kommunikasiya xətlərində yaranan nasazlıqların operativ aradan qaldırılması
İT infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin edilməsi və texniki dəstəyin göstərilməsi
İş şəraiti
Həftənin 5 iş günü saat 09:00 – 18:00
Şənbə və bazar – istirahət günləri
Əmək haqqı namizədin bilik, bacarıq və praktiki iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Apply at the source
This role was published by Prosys LLC and listed via Hrin Co. Applications are handled there, not on this site.
Original posting: https://hrin.az/vakansiya/sistem-inzibatcisi-42892