İT əməkdaşı (Help Desk)

İnnovasiyalar Mərkəzi

Location
Not specified
Employment
Full-time
Category
IT Support & SysAdmin
Posted

Description

Sumqayıt şəhərində yerləşən qurumumuzda İT əməkdaşı (Help Desk) vakansiyası mövcuddur.

İT - Help Desk

Vəzifə öhdəlikləri

İnformasiya sistemlərinin və ehtiyatlarının, rabitə sistemlərinin və daxili şəbəkənin fəaliyyətinin fasiləsizliyi, təhlükəsizliyi və mühafizəsi ilə bağlı zəruri işləri yerinə yetirir;

İstifadəçi sorğularının idarəedilməsi sistemində qeydiyyatı və təsnifləşdirilməsini təmin etmək;

Avadanlıq və proqram təminatında nasazlıqların aradan qaldırılmasında iştirak etmək;

İş stansiyalarında əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanmasını təmin etmək;

İstifadəçilərə birinci səviyyəli texniki dəstəyin göstərilməsi və mürəkkəb problemlərin növbəti səviyyəli dəstəyə eskalasiya olunmasını təmin etmək;

Videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin fasiləsiz işləməsini təmin etmək;

Yeni işçi yerlərinin qurulmasında iştirak etmək (şəbəkə kabellərinin çəkilməsi, avadanlıqların quraşdırılması və sazlanması);

Kabel kanallarında və kommutasiya şkaflarında kabelləşmənin səliqəli və standartlara uyğun olmasını təmin etmək;

İT aktivlərinin uçotu və idarə edilməsi təşkil etmək, İT aktivlərinin idarəetmə sistemində avadanlıq və proqram təminatı haqqında məlumatların aktuallığının təmin olunması.

Requirements

Ali təhsil;

Sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;

Əməliyyat sistemləri (Windows 10, 11) bilikləri (yüksək səviyyədə);

Windows Server (Active Directory, DNS, DHCP, WSUS və Group Policy) kimi servislərin idarəolunması sahəsində biliklər (Orta səviyyədə);

TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış;

Ticketing sistemləri (Servicedesk Plus, JIRA və s.) ilə işləmək təcrübəsi.

Videomüşahidə sistemləri ilə bağlı biliklər (yüksək səviyyədə);

Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması bacarığı, Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı, Printer, skaner və digər periferik avadanlıqlarla işləmək bacarığı;

İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı.

İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır.

İş şəraiti:

5 günlük iş qrafiki.

Təklif olunan əmək haqqı: 800-900 AZN (net)

Apply at the source

This role was published by İnnovasiyalar Mərkəzi and listed via Hrin Co. Applications are handled there, not on this site.

View & apply on hrin.az ↗