SEO üzrə Mütəxəssis / Ekspert

Baku Holiday Travel

Location
Baku
Employment
Full-time
Category
Backend
Posted

Description

Əgər SEO sahəsində təcrübəniz, axtarış sistemlərinin iş prinsipləri üzrə bilikləriniz və vebsaytların orqanik görünürlüğünü artırmaq bacarığınız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

Şirkətin SEO strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş fəaliyyət planının icrasını təmin etmək

Vebsayt və landing page-lərin SEO auditini aparmaq, inkişaf və optimizasiya imkanlarını müəyyənləşdirmək

On-page, off-page və technical SEO fəaliyyətlərini həyata keçirmək, saytın axtarış sistemləri üçün optimallaşdırılmasını təmin etmək

Açar söz araşdırmaları aparmaq, semantik analizlər həyata keçirmək və nəticələri məzmun strategiyasına inteqrasiya etmək

Meta məlumatların, URL strukturunun, daxili linkləmənin və digər SEO elementlərinin optimallaşdırılmasını təmin etmək

Backlink strategiyasını formalaşdırmaq, link profilini mütəmadi analiz etmək və inkişaf etdirmək

Saytın indekslənməsi, performansı, istifadəçi təcrübəsi və yüklənmə sürətinə təsir edən texniki problemləri müəyyən etmək və həll prosesini koordinasiya etmək

SEO tələblərinin tətbiqi məqsədilə developer, dizayn və kontent komandaları ilə sıx əməkdaşlıq etmək

Rəqib analizləri aparmaq, bazardakı SEO imkanlarını müəyyənləşdirmək və rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyinin artırılmasına dəstək olmaq

Google Analytics, Google Search Console, Semrush və digər analitik alətlər vasitəsilə SEO göstəricilərini izləmək, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq

SEO sahəsindəki yenilikləri, alqoritm dəyişikliklərini və bazar trendlərini izləyərək fəaliyyətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək

Requirements

SEO, veb sayt idarəetməsi və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi

On-Page, Off-Page və Technical SEO üzrə bilik və praktiki təcrübə

Google Search Console, GA4, Google Tag Manager və digər SEO alətləri ilə işləmə bacarığı

Ahrefs, Semrush və ya oxşar platformalarla işləmə təcrübəsi

Açar söz araşdırması, SEO strategiyasının hazırlanması və icrası üzrə təcrübə

Veb saytın texniki auditinin aparılması, indekslənmə və performans problemlərinin həlli bacarığı

Core Web Vitals, Page Speed və mobil optimizasiya prinsipləri üzrə biliklər

Kontent optimizasiyası, daxili linkləmə və backlink strategiyaları üzrə təcrübə

WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı

Analitik düşüncə, hesabatvermə bacarığı və nəticəyönümlü yanaşma

Turizm və ya e-commerce sahəsində iş təcrübəsi üstünlükdür

Multilingual / International SEO təcrübəsi üstünlükdür

HTML, CSS və JavaScript üzrə baza biliklər üstünlükdür

İş şəraiti

İş qrafiki: 5 tam iş günü, həftəlik 40 saatlıq norma

Rəqabətli əmək haqqı

Peşəkar və dinamik komanda mühiti

Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi

Apply at the source

This role was published by Baku Holiday Travel and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗