Find your next opportunity

Newest first

Senior Data Engineer

Professional İT MMC

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Data & Analytics
Posted
Deadline

Description

Vəzifə haqqında

Senior Data Engineer olaraq siz AI və BI layihələrimizdə production səviyyəli ETL/ELT pipeline-larının, məlumat vitrinlərinin və Data Warehouse strukturlarının layihələndirilməsi, qurulması və optimallaşdırılmasına cavabdeh olacaqsınız. Əsas texnologiyalar: PostgreSQL, dbt, Python.

Görəcəyiniz işlər

Production səviyyəli ETL/ELT proseslərinin hazırlanması və inkişafı.

BI və AI həlləri üçün ümumi məlumat vitrinlərinin qurulması.

Fakt cədvəllərinin, ölçülərin, açarların və qranulyarlığın layihələndirilməsi.

İnkremental yükləmə və tarixi məlumatların emalı.

Gec daxil olan məlumatların və mənbə sxemlərinin dəyişikliklərinin idarə olunması.

Avtomatlaşdırılmış məlumat keyfiyyəti və aktuallıq yoxlamalarının hazırlanması.

Mənbə sistemləri ilə analitik qat arasında məlumat həcmlərinin, açarların və göstəricilərin tutuşdurulması.

PostgreSQL sorğularının, indekslərin və execution plan-ların optimallaşdırılması.

Transformasiyaların və bərpa prosedurlarının sənədləşdirilməsi.

Sizdən Gözləntilərimiz

Güclü SQL və PostgreSQL bilikləri.

DBT ilə praktiki iş təcrübəsi.

Məlumat emalı və avtomatlaşdırma üçün Python.

Data Warehouse və ETL/ELT təcrübəsi.

İnkremental və təkrarlana bilən data pipeline-ların qurulması təcrübəsi.

Git və Linux bilikləri.

JOIN nəticəsində sətirlərin çoxalması, aqreqasiya və məlumat keyfiyyəti problemlərini müəyyən etmək bacarığı.

Əlavə üstünlüklər

MariaDB / MySQL.

Böyük həcmli tarixi məlumatlar.

Təhsil və ya dövlət məlumatları ilə təcrübə.

BI üçün məlumatların hazırlanması.

Text-to-SQL layihələri.

Sahə üzrə beynəlxalq səviyyədə tanınan sertifikatlar

Təklif etdiyimiz

Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.

Peşəkar inkişaf və təlimlər : Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı.

Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri.

Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).

Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti.

Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (Senior Data Engineer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Apply at the source

This role was published by Professional İT MMC and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗