Find your next opportunity

Newest first

SCADA sistemləri və avtomatika üzrə mühəndis

Prosys LLC

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted
Deadline

Description

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat (Full-time)

Namizədə olan tələblər:

Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində

minimum 3+ il təcrübə;

SCADA/HMI layihələrinin hazırlanması,

tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi;

PLC

proqramlaşdırması üzrə güclü bilik (Siemens S7-1200/S7-1500, TIA Portal; digər istehsalçılar

üstünlükdür);

IEC 60870-5-104 və digər telemexanika protokolları

(üstünlükdür);

Ən azı bir SCADA/HMI platforması ilə iş təcrübəsi

(WinCC / WinCC Unified, Ignition, Wonderware/AVEVA, MasterSCADA, Zenon və ya analoqları);

Elektrik və avtomatika çertyojlarını (prinsipial, qoşulma və montaj sxemləri,

spesifikasiyalar) oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN);

I/O siyahılarının, siqnal və registr xəritələrinin hazırlanması

təcrübəsi;

Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar,

işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması haqqında

bilik;

Sınaqlarının aparılması və istismara vermə (commissioning)

təcrübəsi;

İstifadəçi rolları və giriş nəzarəti prinsipləri

haqqında anlayış;

Texniki sənədləşdirmə (texniki tapşırıq,

funksional təsvir, istismar təlimatı) hazırlamaq bacarığı;

Sifarişçi və podratçılarla texniki səviyyədə kommunikasiya aparmaq

bacarığı;

Asan ünsiyyət qurmaq bacarığı;

Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik

olmaq;

Avtomatika, elektrik mühəndisliyi, elektronika və ya oxşar

ixtisas üzrə ali təhsilli olmaq;

Texniki ingilis dili biliyi (rus dilini

bilənlərə üstünlük verilir);

Azərbaycan dilində sərbəst danışıq və

yazı qabiliyyətinə malik olmaq.

Sənaye protokolları üzrə praktik bilik:

MODBUS TCP/RTU;

PROFINET /

PROFIBUS;

OPC UA / OPC DA;

İş barədə məlumat:

SCADA və telemexanika sistemlərinin arxitekturasının hazırlanması və mövcud

sistemlərin təhlili;

Obyektlərin avadanlıq və siqnal siyahılarının

(I/O list), registr xəritələrinin tərtib edilməsi və iş həcminin qiymətləndirilməsində

iştirak;

PLC proqramlarının hazırlanması, dəyişdirilməsi və

sazlanması;

SCADA/HMI ekranlarının, qəza siqnallarının, tarixçənin,

trendlərin və hesabatların konfiqurasiya edilməsi;

PLC, middleware

və SCADA arasında MODBUS TCP, OPC UA və digər protokollar üzrə inteqrasiyanın qurulması;

Stansiya və obyektlərdəki mühəndis sistemlərinin (su təchizatı, ventilyasiya, eskalatorlar,

işıqlandırma, enerji təchizatı) SCADA-ya qoşulması;

Elektrik və

avtomatika çertyojlarının, texniki tapşırıqların və spesifikasiyaların təhlili, sifarişçiyə dəqiqləşdirici sualların

hazırlanması;

İdarəetmə ssenarilərinin (yanğın, qəza, rejim

ssenariləri) layihələndirilməsi və tətbiqi;

Server, iş yerləri və

sənaye şəbəkəsinin quraşdırılması və konfiqurasiyasında iştirak;

Sınaqlarının hazırlanması və aparılması, sistemin istismara

verilməsi;

İstifadəçi rolları, giriş nəzarəti və audit tələblərinin

tətbiq edilməsi;

Texniki sənədlərin, funksional təsvirlərin,

sxemlərin və istismar təlimatlarının hazırlanması;

İstifadəçilərin

və dispetçerlərin təlimində iştirak;

Zəmanət və texniki dəstək

mərhələlərində sistemin stabil işinin təmin edilməsi.

Biz sizə nə təklif edirik?

Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı

Dostyana və dəstəkləyici iş mühiti

Müasir

texnologiyalarla işləmək fürsəti

Namizədin təcrübə və bacarıqları nəzərə

alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı

İş şəraiti

İş qrafiki: 5 günlük iş həftəsi / Saat 09:00 – 18:00

İstirahət günləri: Şənbə və bazar

Əmək haqqı

namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "SCADA sistemləri və avtomatika

üzrə mühəndis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Apply at the source

This role was published by Prosys LLC and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗