Find your next opportunity

Newest first

QA üzrə mütəxəssis

Push30

Location
Baku
Employment
Freelance
Category
QA & Testing
Posted
Deadline

Description

Push30 mikroservis arxitekturası əsasında qurulmuş, PHP texnologiyası üzərində işləyən API əsaslı platformadır. Məhsula Flutter əsaslı mobil tətbiq və admin panel daxildir. Platformada payment, subscription, login/signup və digər kritik funksionallıqlar mövcuddur. Push30 Azərbaycan, Özbəkistan və Qazaxıstan bazarlarında fəaliyyət göstərir.

Əsas vəzifə öhdəlikləri

API-lər üçün test case və test ssenarilərinin hazırlanması və icrası;

Funksional, regression, API və UAT testlərinin planlaşdırılması və aparılması;

Mobil tətbiqin əsas funksionallıqlarının, o cümlədən payment, subscription və login/signup proseslərinin test edilməsi;

Admin panel funksionallıqlarının test edilməsi;

Biznes tələblərinin analiz edilərək test ssenarilərinə çevrilməsi;

Bug-ların aşkarlanması, prioritetləşdirilməsi, sənədləşdirilməsi və izlənilməsi;

Test planları və QA sənədlərinin hazırlanması;

UAT ssenarilərinin hazırlanması və UAT prosesinin koordinasiyası;

Release öncəsi keyfiyyət yoxlamalarının aparılması və “go/no-go” qərarına dəstək;

Test nəticələri və əsas keyfiyyət göstəriciləri üzrə hesabatların hazırlanması;

Development, Product və digər komandalarla sıx əməkdaşlıq;

Sprint Planning, Daily Stand-up və Retrospective görüşlərində iştirak;

AZ, UZ və KZ bazarları üzrə lokalizasiya və regional xüsusiyyətlərin test edilməsi.

Əsas tələblər

QA / Software Testing sahəsində minimum 2–3 il iş təcrübəsi;

API testing üzrə praktiki təcrübə (Postman, Swagger və s.);

Mikroservis arxitekturasının test edilməsi üzrə təcrübə;

SQL biliyi;

Test case, test ssenarisi və QA sənədlərinin hazırlanması bacarığı;

UAT prosesləri üzrə təcrübə;

iOS və Android mobil tətbiqlərinin test edilməsi təcrübəsi;

Bug report və test report hazırlamaq bacarığı;

Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;

Cross-functional komandalarla effektiv əməkdaşlıq;

Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət.

Arzuolunan bacarıqlar

Payment və subscription sistemlərinin test edilməsi üzrə təcrübə;

Flutter əsaslı tətbiqlərin test edilməsi üzrə təcrübə;

Performance / load testing üzrə bilik;

CI/CD prosesləri barədə anlayış;

Fintech və ya maliyyə məhsullarında QA təcrübəsi;

Rus dili biliyi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Apply at the source

This role was published by Push30 and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗