Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
Təqaüd proqramı iştirakçılarının qəbul, qeydiyyat, təhsil müddəti və məzuniyyətədək bütün inzibati proseslərini koordinasiya etmək.
Müraciət sənədlərini yoxlamaq, seçim prosesini təşkil etmək, təqaüd müqavilələrini hazırlamaq və Nazirliyə təqdim etmək.
Proqram iştirakçıları ilə davamlı əlaqə saxlamaq, müqavilə dəyişiklikləri, universitet transferləri və digər inzibati məsələlər üzrə dəstək göstərmək.
Təqaüdçülərin qeydiyyat statusunu, akademik fəaliyyətini və proqram tələblərinə uyğunluğunu izləmək, universitetlərlə mütəmadi koordinasiya aparmaq.
Təhsil haqqı, yaşayış xərcləri, sığorta ödənişləri və digər maliyyə dəstəyi üzrə sənədləri yoxlamaq, ödəniş proseslərini maliyyə şöbəsi ilə koordinasiya etmək.
Təqaüd kartları ilə bağlı məsələlərin (təqdim edilməsi, dəyişdirilməsi və s.) həllini təşkil etmək.
Nazirlik, yerli və xarici universitetlər, eləcə də digər aidiyyəti tərəflərlə yazışmaları və koordinasiyanı həyata keçirmək.
Proqram iştirakçıları, maliyyə ödənişləri və müqavilələrin vəziyyəti üzrə məlumat bazasını idarə etmək, dövri hesabatlar hazırlamaq və proqram göstəricilərini təhlil etmək.
Proqram iştirakçısı məmnuniyyətinin qiymətləndirilməsi üçün sorğular keçirmək və proqramın təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Təqaüd proqramının tanıtım tədbirlərində iştirak etmək, təqdimatlar keçirmək, rəsmi məktublar hazırlamaq və sənədlərin elektron sənəd dövriyyəsi sistemi vasitəsilə rəsmiləşdirilməsini təmin etmək.
Apply at the source
This role was published by Dövlət Proqramı İdarəetmə Qrupu and listed via Careera. Applications are handled there, not on this site.
Original posting: https://careera.az/job/-proqram-itiraklar-il-i-zr-mtxssis