POS-terminalların quraşdırılması və texniki dəstək üzrə mütəxəssis / aparıcı mütəxəssis
- Location
- Remote
- Employment
- Full-time
- Level
- Supervisor
- Category
- IT Support & SysAdmin
- Posted
- Deadline
Description
Görəcəyiniz işlər:
- POS-terminal avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və proqram təminatının yüklənməsi və yenilənməsi;
- POS terminallar üzrə host (prosessinq sistemi) ilə əlaqənin qurulması və test əməliyyatlarının icrası;
- Müştərilərdən daxil olan texniki müraciətlərin operativ araşdırılması, nasazlıqların yerində və ya uzaqdan həlli;
- POS terminallarda yaranan kommunikasiya problemlərinin (GPRS, Ethernet, Wi-Fi) aşkarlanması və aradan qaldırılması;
- POS-terminalların uçotu, inventarizasiyası, qeydiyyatı və müvafiq sistemlərdə (TMS və ya daxili platformalar) idarə olunması;
- POS terminalların kassa aparatları və digər inteqrasiya həlləri ilə qoşulmasının təmin edilməsi;
- Kart ödənişləri üzrə əməliyyat axınının (authorization, clearing, settlement) test edilməsi və monitorinqi;
- Yeni terminalların pilot testlərdə yoxlanılması, sertifikasiya və qəbul proseslərində iştirak;
- Terminal parametrlərinin sazlanmasında iştirak;
- Nasaz avadanlıqların texniki baxışı, dəyişdirilməsi və vendorlarla koordinasiya;
- Müntəzəm texniki hesabatların hazırlanması və görülmüş işlər üzrə sənədləşmələrin hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İT, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- POS terminallar, ödəniş sistemləri və ekvayrinq prosesləri üzrə baza bilikləri;
- Şəbəkə bilikləri (TCP/IP, APN, VPN, router/switch əsasları) üzrə bacarıq;
- Linux/Android əsaslı POS cihazları ilə işləmə təcrübəsi üstünlükdür;
- Prosessinq sistemləri və kart ödəniş standartları (EMV, Contactless, NFC) barədə anlayış;
- Texniki sənədlərlə işləmə və log analiz etmə bacarığı;
- MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı;
- Azərbaycan və rus dilində sərbəst, ingilis dili texniki səviyyədə arzuolunandır;
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
- Komandada işləmək və müştəriyönümlü yanaşma;
- Sahə işlərinə hazır olmaq (ezamiyyət və obyekt ziyarətləri daxil olmaqla);
- Yeni texnologiyaları tez mənimsəmək və özünü inkişaf etdirmək istəyi olan şəxsdir.
Apply at the source
This role was published by ABB and listed via ABB. Applications are handled there, not on this site.
Original posting: https://careers.abb-bank.az/vakansiyalar/v2/5335