Odoo ERP Sales Intern

BlackDots

Location
Not specified
Employment
Internship
Level
Student
Category
Other Tech
Posted
Deadline

Description

Vəzifə haqqında

Komandamıza Odoo Sales Intern axtarırıq. Odoo ERP həllərinin bizneslərə təqdim edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və satış prosesində iştirak etmək istəyən, ünsiyyət və öyrənmə bacarıqları güclü olan namizədləri komandamıza dəvət edirik.

Bu vəzifədə namizəd Odoo ERP sisteminin imkanlarını və modullarını öyrənərək , müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin biznes ehtiyaclarını analiz edəcək və uyğun Odoo həllərinin təqdim edilməsində iştirak edəcək.

Əsas vəzifələr

Potensial müştərilərin araşdırılması və müəyyənləşdirilməsi

Yeni müştərilərlə ilkin əlaqənin qurulması

Müştərilərin biznes ehtiyaclarını və problemlərini müəyyənləşdirmək

Odoo ERP sisteminin və müvafiq modulların müştərilərə təqdim edilməsi

Müştərilərə Odoo həllərinin üstünlükləri və funksionallıqları haqqında məlumat vermək

Satış görüşlərində və təqdimatlarda iştirak etmək

Müştərilərdən gələn sorğuları cavablandırmaq və uyğun həllərin təklif edilməsinə dəstək olmaq

Hazırlanan kommersiya təkliflərinin müştərilərə təqdim edilməsində iştirak etmək

Satış prosesini CRM/ERP sistemi üzərindən izləmək

Mövcud və potensial müştərilərlə münasibətlərin inkişaf etdirilməsinə dəstək olmaq

Namizədə tələblər

Satış və biznes inkişafı sahəsinə maraq

Güclü kommunikasiya və təqdimat bacarığı

Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı

Odoo ERP haqqında ilkin məlumat üstünlükdür

ERP sistemləri və biznes proseslərinə maraq

Öyrənməyə açıq və nəticə yönümlü olmaq

Komanda ilə işləmək bacarığı

Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə

Rus dili bilikləri üstünlükdür

Satış sahəsində əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil

Internship proqramı

Müddət: 3 ay

Odoo ERP sistemi və əsas modullar üzrə praktiki təlim

Real müştərilərlə satış prosesində iştirak

B2B satış və biznes inkişafı üzrə praktiki təcrübə

Təcrübəli satış və ERP mütəxəssislərindən mentorluq və dəstək

Müştəri ehtiyaclarının analiz edilməsi və uyğun ERP həllərinin təqdim olunmasını öyrənmək

Dinamik və komanda yönümlü iş mühiti

Internship proqramını uğurla tamamlayan namizəd üçün uzunmüddətli əməkdaşlıq imkanı

Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.

Apply at the source

This role was published by BlackDots and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗