Monitorinq və Texniki Dəstək Mütəxəssisi
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- IT Support & SysAdmin
- Posted
- Deadline
Description
Əsas gözləntimiz sistemlərin fasiləsiz işləməsinə nəzarət etmək, yaranan problemlərə operativ reaksiya vermək və texniki komanda ilə kommunikasiya etmək.
Proaktiv monitorinq: Monitorinq alətləri (monitoring tools) vasitəsilə sistemlərin, ödəniş kanallarının və funksionallığın daimi izlənilməsi.
İnsidentlərin idarə edilməsi: - Xəta baş verdikdə ilkin araşdırmanın aparılması - Problemin kritikliyini təyin etmək
Müştəri dəstəyi və kommunikasiya: Müştərilərdən gələn sorğuların (zəng, mesaj, email) qəbulu, ilk cavabın verilməsi və həll edilməsi.
Manual testlər: Sistem yenilənmələri və ya şübhəli hallar zamanı tətbiqləri (app) və veb-interfeysləri bir istifadəçi kimi yoxlamaq/test etmək.
İzləmə (Follow-up): Qeydə alınan problemlərin həll olunana qədər təqib edilməsi, müştəriyə status barədə məlumat verilməsi.
IT sahəsində ümumi anlayış və ya təhsil (Computer Science, IT management və s.).
Android/IOS əməliyyat sistemlərində istifadəçi səviyyəsində dərin bilik (tətbiqləri test etmək üçün).
Sorğu/tapşırıq idarəetmə sistemləri (Jira, Helpdesk və s.) ilə işləmək təcrübəsi (üstünlükdür).
SQL sorğuları barədə baza biliklər (üstünlükdür).
Məsuliyyət: Gecə növbəsində müstəqil qərar verə bilmək bacarığı.
Problem həll etmə bacarığı (Problem-solving): Emosiyaya yox, həll yoluna fokuslanmaq.
Kritik düşünmə (Critical thinking): Vəziyyəti obyektiv qiymətləndirmək, tələsik və emosional qərarlardan qaçmaq.
Analitik düşüncə: Problemin kökünü tez tapmaq və düzgün şəxsə yönəltmək bacarığı.
Dil bilikləri:
Azərbaycan dili – Səlis (yazılı və şifahi).
Rus dili – Yaxşı səviyyədə (üstünlükdür).
İngilis dili – Texniki sənədləri və xətaları oxuya biləcək səviyyədə.
Apply at the source
This role was published by MSolution and listed via JobSite.az. Applications are handled there, not on this site.
Original posting: https://jobsite.az/vakansiya-is-elani/monitorinq-ve-texniki-destek-mutexessisi-31116