İT üzrə Texnik
- Location
- Not specified
- Employment
- Full-time
- Category
- Other Tech
- Posted
Description
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq
sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.
Öhdəlikləri:
Texniki dəstək və preventiv xidmət
Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket
sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.
Texniki
sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan
nasazlıqların operativ şəkildə aradan qaldırılması.
Kabel və infrastruktur işləri
Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra
edilməsi.
Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya
şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.
Layihələndirmə və keyfiyyətə nəzarət
Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak
edilməsi.
Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə
baxışları keçirilməsi.
Layihələrdə zəif axın sistemləri üçün seçilən
avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.
İcra, qeydiyyat və hesabatlıq
Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında
qeydiyyata almaq.
Daxil olan sorğuların müəyyən edilmiş müddətlər
çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və
təqdim etmək
Məsuliyyət sahəsi:
Video-audio avadanlıqları
Təhlükəsizlik
sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti)
sistemləri)
Tələblər
Professional biliklər:
CCTV, IP və analoq kamera, DVR/NVR və video-müşahidə sistemləri üzrə praktiki
biliklər. (Bu tələb CV-də CCTV sistemləri, IP/analog kameralar, DVR/NVR avadanlıqları, video-müşahidə sistemlərinin
quraşdırılması, sazlanması və/və ya texniki dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab
edilir)
Zəif axın, şəbəkə və kabel infrastrukturu üzrə baza bilik və
praktiki bacarıqlar. (Bu tələb CV-də LAN/WLAN, IP şəbəkələr, router/access point, patch panel/rack, kabel çəkilişi
və/və ya kommunikasiya avadanlıqlarının quraşdırılması/sazlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab
edilir)
Audio və/və ya AV avadanlıqlarının quraşdırılması və sazlanması
üzrə praktiki bilik və ya iş təcrübəsi (üstünlükdür).
CompTIA A+, CCNA və
ya oxşar IT/şəbəkə üzrə müvafiq sertifikatlar arzuolunandır.
Rus dili
biliyi: A2 və ya daha yüksək səviyyələr (üstünlükdür);
Təhsil:
Ali və ya orta-ixtisas təhsili (İnformasiya texnologiyaları, telekommunikasiya,
elektronika və ya müvafiq texniki sahə üzrə üstünlükdür)
Sahə üzrə
müvafiq sertifikatlar arzuolunandır (Ali və orta-ixtisas təhsili olmasa)
İş təcrübəsi:
CCTV/video-audio, təhlükəsizlik sistemləri, giriş-çıxışa nəzarət, zəif axın və ya
şəbəkə infrastrukturu üzrə ən azı 1 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
Problem həlletmə
Zamanın
idarəolunması
Çeviklik
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Apply at the source
This role was published by Sinteks Group of Companies and listed via Staffy. Applications are handled there, not on this site.
Original posting: https://staffy.az/job/it-uzre-texnik-VxIRQA