Avtomatlaşdırma və elektronika üzrə mühəndis

PMD Projects LLC

Location
Not specified
Employment
Full-time
Category
Other Tech
Posted

Description

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, avtomatlaşdırma və kontrol sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Təhkim olunduğu layihə müdirinin komandasında fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərində avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, avtomatlaşdırma və kontrol sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • Layihənin avtomatlaşdırma və kontrol sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Requirements

Ali təhsil: Avtomatlaşdırma və elektronika mühəndisliyi üzrə ali təhsil;

İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;

Avtomatlaşdırma və elektronika sistemləri üzrə layihələri, prinsipial və funksional sxemləri, texniki spesifikasiyaları və avadanlıq cədvəllərini oxumaq, təhlil etmək və onların layihə tələblərinə uyğunluğunu qiymətləndirmək bacarığı;

Binaların avtomatlaşdırılması, yanğın aşkarlama, səsli xəbərdarlıq və təxliyə, girişə nəzarət, video müşahidə, strukturlaşdırılmış kabelləşmə və digər zəif cərəyan sistemləri üzrə biliklər;

Avtomatlaşdırma və elektronika sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyası, şəbəkə infrastrukturu və məlumat mübadiləsi protokolları üzrə biliklər;

Texniki problemləri və sistemlərarası uyğunsuzluqları təhlil etmək, texniki riskləri qiymətləndirmək və əsaslandırılmış texniki rəy vermək bacarığı;

Texniki problemlərin praktiki və ya nəzəri həll edilməsi, sistemlərin analizi və bu yöndə texniki qərarların verilməsi;

Layihələrin tikinti, quraşdırma, sınaq, sazlama və təhvil-təslim mərhələləri üzrə biliklər;

Müvafiq tikinti norma və qaydaları, texniki standartlar və normativ sənədlər üzrə biliklər: AzDTN, AZ YTS, EN, IEC, BS, NFPA, ISA, ANSI/TIA, ASHRAE, IEEE, UL, ISO;

Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı;

Kompüter bilikləri: MS Office, AutoCAD;

Analitik düşünmə, texniki qərarları qiymətləndirmək və aidiyyəti tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by PMD Projects LLC and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗