IT Şöbə Müdiri

Decoliv

Location
Not specified
Employment
Full-time
Category
Engineering Management
Posted

Description

Böyüyən komandamıza IT Şöbə Müdiri

axtarırıq!

ERP sistemlərinin effektiv idarə olunmasını,

biznes proseslərinin avtomatlaşdırılmasını və proqram təminatı layihələrinin uğurla həyata keçirilməsini təmin

edəcək peşəkar rəhbər axtarırıq. Əgər ERP sistemləri, proqramlaşdırma və İT layihələrinin idarə olunması üzrə

təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq!

Əsas

vəzifələr:

Şirkətin ERP sisteminin idarə olunmasına,

inkişaf etdirilməsinə və fasiləsiz fəaliyyətinə rəhbərlik etmək;

Biznes və funksional bölmələrin ehtiyaclarını təhlil

etmək, uyğun ERP və proqramlaşdırma həlləri hazırlamaq;

ERP sistemində yeni modulların, funksiyaların və iş axınlarının qurulmasını və

tətbiqini təmin etmək;

Mövcud proqram təminatının təkmilləşdirilməsi, yenilənməsi və optimallaşdırılmasını

təşkil etmək;

Biznes

proseslərinin avtomatlaşdırılması üzrə proqramlaşdırma layihələrini planlaşdırmaq və idarə

etmək;

ERP sistemi ilə

digər proqram və platformalar arasında inteqrasiyaların hazırlanmasına və idarə olunmasına nəzarət

etmək;

Verilənlər bazasının

idarə olunmasını, məlumatların düzgünlüyünü, təhlükəsizliyini və əlçatanlığını təmin

etmək;

SQL sorğularının,

hesabatların və analitik panellərin hazırlanmasını təşkil etmək;

İstifadəçilərdən daxil olan texniki müraciətlərin

araşdırılmasını və problemlərin operativ həllini təmin etmək;

ERP sistemi üzrə istifadəçi təlimatlarının

hazırlanmasını və əməkdaşlar üçün təlimlərin keçirilməsini təşkil etmək;

Proqram təminatının test edilməsi, texniki səhvlərin

müəyyənləşdirilməsi və aradan qaldırılmasına nəzarət etmək;

Yeni proqram təminatı və texnoloji həlləri araşdırmaq, qiymətləndirmək və tətbiq

etmək;

ERP və

proqramlaşdırma layihələrinin planlaşdırılmasına, icrasına və nəticələrinin monitorinqinə rəhbərlik

etmək;

İT komandası

daxilində iş bölgüsünü aparmaq, əməkdaşların fəaliyyətini koordinasiya etmək və nəticələri

qiymətləndirmək;

Xarici

proqram təminatı təchizatçıları, vendorlar və texniki tərəfdaşlarla əməkdaşlığı təşkil

etmək;

Sistemlərin ehtiyat

nüsxələrinin alınmasına, məlumatların qorunmasına və bərpa proseslərinə nəzarət etmək;

İT sistemləri, proqram təminatı və ERP infrastrukturu

üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Namizəddən

gözləntilər:

İnformasiya Texnologiyaları, Kompüter

Elmləri, Proqramlaşdırma və ya əlaqəli sahə üzrə ali təhsil;

ERP sistemləri və proqramlaşdırma üzrə minimum 5 il iş

təcrübəsi;

IT və ya ERP

layihələrinin idarə olunması, komanda rəhbərliyi üzrə təcrübə;

ERP sistemlərinin qurulması, konfiqurasiyası, inkişafı

və inteqrasiyası üzrə praktiki biliklər;

SQL və verilənlər bazası ilə işləmək bacarığı;

Python, JavaScript, C#, PHP və ya digər proqramlaşdırma

dillərindən biri üzrə yaxşı bilik;

API, web servis və sistem inteqrasiyaları haqqında

anlayış;

Biznes

proseslərinin təhlili və avtomatlaşdırılması bacarığı;

Texniki sənədlərin, layihə planlarının və istifadəçi təlimatlarının hazırlanması

bacarığı;

Analitik düşünmə,

liderlik, problem həll etmə və qərarvermə bacarıqları;

Komanda idarə etmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq etmək

bacarığı.

Biz nə təklif

edirik?

Rəqabətli

əməkhaqqı;

Nahar

təminatı;

Könüllü tibbi

sığorta;

Korporativ mobil

nömrə;

Müasir

texnologiyalar və real layihələr üzərində işləmək imkanı.

CV-nizi "İT Şöbə

Müdiri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə

bilərsiniz.

Apply at the source

This role was published by Decoliv and listed via Staffy. Applications are handled there, not on this site.

View & apply on staffy.az ↗