IT Mühəndis

Unicapital

Location
Remote
Employment
Full-time
Category
Other Tech
Posted

Description

Vəzifə öhdəlikləri:

Cəmiyyətin server və şəbəkə infrastrukturunu quraşdırılmasını, konfiqurasiya edilməsini və fasiləsiz işləməsini təmin etmək;

Server‑xidmətlərdə və şəbəkə avadanlıqlarında baş verən nasazlıqları proaktiv monitorinq etmək, diaqnostika aparmaq və operativ həll etməsində dəstək göstərmək; zərurət olduqda məsələni aidiyyatı funksiyalara yönəltmək - DB admin, NetAdmin, SysAdmin, Infosec və ya IT komandalarına eskalasiya etmək və icrası üzərində nəzarəti saxlamaq;

Biznes‑kritik xidmətlərdə yaranan texniki xətaları təhlil etmək, vendor və dəstək komandaları ilə koordinasiyalı şəkildə problemi aradan qaldırmaq;

Backup strategiyası, load‑balancing, fayl serveri, virtualizasiya və digər əsas xidmətlərin dizaynı, test edilməsi, dayanıqlı və təhlükəsiz istismarını təmin etmək; bərpa ssenarilərini mütəmadi sınaqdan keçirmək;

Cəmiyyətin əməkdaşlarının İT sorğularını (avadanlıq, qoşulma, printer/skaner, proqram təminatı və s.) vaxtında qəbulu, prioritetləşdirilməsi və həlli; istifadəçi məmnuniyyətinin təmin edilməsi;

İT avadanlıqlarının (notbuk, PC, monitor, dock‑stansiya, periferiya və s.) tam inventarizasiyasını aparmaq, təhvil‑təslim aktlarını və seriya nömrələrini elektron sistemdə aktual saxlamaq;

İnformasiya təhlükəsizliyi siyasətlərini (Acceptable Use, Clean Desk, Phishing Awareness, Remote Work və s.) tətbiq edilməsində dəstək göstərmək;

Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün giriş icazələrini idarə etmək, logların, antivirus və EDR həllərinin monitorinqini aparmaq, risklərin vaxtında aşkar olunmasını və aradan qaldırılmasını təmin etmək;

Şirkətin texnoloji ehtiyaclarını analiz etmək, yeni avadanlıq və proqram təminatı üzrə bazar araşdırmaları aparmaq, optimal qiymət‑keyfiyyət balansını seçmək və satınalma prosesini idarə etmək;

Bütün İT dəyişiklikləri, hadisələr və aktivlər üzrə sənədləşmə, prosedur və təlimatları hazırlamaq, mütəmadi yeniləmək və audit tələblərinə uyğunluğunu təmin etmək;

Elektron ticarət və digər yeni məhsul/xidmət layihələrində İT tərəfdən iştirak etmək, pilot testləri dəstəkləmək, sistemlərin dayanıqlığını və SLA/KPI göstəricilərini izləmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək;

Kommersiya sirrinin qorunmasına riayət edilmək;

Bilavasitə ona təhkim edilmiş Cəmiyyətə aid mülkiyyəti qorunmaq və lazımi səviyyədə saxlanılmasını təmin etmək;

Xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə baxılması üçün təqdim etmək;

Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;

Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Requirements

Namizədə dair tələblər:

İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil;

Müvafiq sahədə 2 il iş təcrübəsi;

Şəbəkə və server idarəçiliyi, sistem təhlükəsizliyi və proqramlaşdırma sahələrində təcrübə;

Şəbəkə qurğuları, sistemlər və serverlər haqqında dərin biliklər.

Windows, Linux və digər əməliyyat sistemləri ilə təcrübə;

Şəbəkə təhlükəsizliyi və şifrələmə protokolları haqqında biliklər.

Müraciət et

Asan müraciət

İndi müraciət et

CV-lər

Cv yoxdur

Müraciət et

Ad:

Soyad:

Email:

Telefon nömrəniz:

Cv endir:

Müraciət et

Apply at the source

This role was published by Unicapital and listed via 1is.az. Applications are handled there, not on this site.

View & apply on 1is.az ↗