Find your next opportunity

Newest first

İT Menecer (IT Manager)

TAİS İKF

Location
Baku
Employment
Full-time
Category
Engineering Management
Posted
Deadline

Description

“TAİS İKF” MMC Komandamıza təcrübəli “İT Menecer (IT Manager)” axtarırıq

Vəzifə öhdəlikləri:

Şirkətin İT infrastrukturunun, korporativ informasiya sistemlərinin və İT xidmətlərinin idarə edilməsi

İT komandasının fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət

İT layihələrinin hazırlanmasında, planlaşdırılmasında, işlənib hazırlanması və tətbiqində aktiv iştirak, layihələrin koordinasiyası

Yeni proqram təminatlarının, innovativ texnologiyaların və alternativ həllərin araşdırılması, müqayisəli qiymətləndirilməsi

Şirkətin inkişafına yönəlmiş strateji texnoloji təkliflərin hazırlanması və təqdim edilməsi

Süni intellekt və avtomatlaşdırma həllərinin biznes proseslərində tətbiqi imkanlarının araşdırılması və pilot layihələrin təşkili

ERP, CRM, HRM və digər korporativ sistemlərin tətbiqi, inkişafı və inteqrasiyasının koordinasiyası

İnformasiya təhlükəsizliyi, məlumatların ehtiyat nüsxələnməsi, bərpa və İT xidmətlərinin keyfiyyətinə nəzarət

IP telefoniya (PBX/VoIP), CCTV və şəbəkə təhlükəsizliyi sistemlərinin idarə edilməsinin koordinasiyası

İT təchizatçıları ilə əməkdaşlıq, satınalma proseslərində iştirak və texniki təkliflərin qiymətləndirilməsi

İT büdcəsinin planlaşdırılmasında və texnoloji risklərin qiymətləndirilməsində iştirak

İT siyasətlərinin, prosedurlarının və texniki sənədlərin hazırlanması, idarə edilməsi və aktuallığının təmin olunması

Namizədə tələblər:

İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya müvafiq sahədə ali təhsil

İT sahəsində minimum 5 il, o cümlədən idarəetmə və ya layihələrin koordinasiyası üzrə minimum 3 il təcrübə

Server, şəbəkə, virtualizasiya, informasiya təhlükəsizliyi və backup sistemləri üzrə güclü texniki biliklər

Windows Server, Linux, Active Directory, DNS, DHCP, GPO və virtualizasiya texnologiyaları üzrə biliklər

Şəbəkə texnologiyaları, TCP/IP, VLAN, VPN, Routing, Switching və Firewall prinsipləri üzrə biliklər

ERP, CRM və digər korporativ informasiya sistemləri üzrə biliklər

IP PBX, SIP, VoIP və korporativ telefoniya sistemlərinin iş prinsipləri üzrə biliklər

CCTV, IP kameralar, NVR, videoarxiv və videomüşahidə sistemlərinin inteqrasiyası üzrə biliklər

Süni intellekt alətləri ilə peşəkar səviyyədə işləmək, AI əsaslı biznes həllərini və avtomatlaşdırma imkanlarını qiymətləndirmək bacarığı

İT layihələrini idarə etmək, texniki tapşırıqlar hazırlamaq və biznes tələblərini təhlil etmək bacarığı

Yeni texnologiyaları araşdırmaq, alternativləri müqayisə etmək və strateji texnoloji təkliflər hazırlamaq bacarığı

İT sənədləşməsi, siyasət, prosedur və texniki standartların hazırlanması və idarə edilməsi bacarığı

İT satınalmaları, lisenziyalaşdırma və təchizatçılarla əməkdaşlıq üzrə biliklər

Dil bilikləri:

Azərbaycan dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə

Rus dili: Şifahi və yazılı şəkildə fikrini ifadə etmək bacarığı

İngilis dili: Şifahi və yazılı ünsiyyət bacarıqları yüksək səviyyədə

Üstünlük veriləcək:

ITIL, PMP, PRINCE2 və digər müvafiq biliklər

Proxmox VE, VMware, Hyper-V, Microsoft 365 və backup texnologiyaları üzrə təcrübə

Ubiquiti UniFi, Cisco və Huawei şəbəkə həlləri üzrə biliklər

Fortinet FortiGate, Firewall siyasətləri və VPN təhlükəsizliyi üzrə biliklər

HPE ProLiant və Dell PowerEdge server sistemləri üzrə biliklər

Kaspersky Security Center üzrə biliklər

Grandstream, 3CX və Yealink IP telefoniya həlləri ilə iş təcrübəsi

Dahua və Hikvision CCTV sistemləri ilə iş təcrübəsi

Rəqəmsal transformasiya, AI və avtomatlaşdırma layihələrində təcrübə

Çoxfiliallı korporativ mühitdə İT idarəetmə təcrübəsi

İş şəraiti:

İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)

İş saatı: 09:00 – 17:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

Ünvan: Bakı, Nərimanov rayonu

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ İT Menecer (IT Manager)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.

Apply at the source

This role was published by TAİS İKF and listed via JobSearch.az. Applications are handled there, not on this site.

View & apply on jobsearch.az ↗