Find your next opportunity

Newest first

İT İnfrastruktur Arxitektoru / İnformasiya Texnologiyaları İdarəsi

"Azərbaycan Hava Yolları" QSC

Location
Baku
Employment
Full-time
Category
DevOps & SRE
Posted

Description

  • AZAL-ın mövcud İT infrastrukturunun təhlilini aparmaq, çatışmazlıqları, texniki borcları, riskləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
  • Biznes strategiyası və əməliyyat tələblərinə uyğun hədəf İT infrastruktur arxitekturasını hazırlamaq;
  • Data Center, Disaster Recovery, High Availability və Business Continuity arxitekturasını layihələndirmək və inkişaf etdirmək;
  • On-premises, cloud və hybrid cloud mühitlərinin arxitekturasını formalaşdırmaq;
  • Server, storage, virtualization, backup, network, identity və security komponentləri üzrə texniki həllər hazırlamaq;
  • Kritik sistemlər üçün dayanıqlılıq, miqyaslana bilmə, performans və fault-tolerance tələblərini müəyyən etmək;
  • Yeni İT layihələri üzrə arxitektura tələblərini hazırlamaq və təqdim edilən texniki həlləri qiymətləndirmək;
  • İnfrastruktur layihələri üçün High-Level Design, Low Level Design, texniki spesifikasiya, diaqram və digər arxitektura sənədlərini hazırlamaq;
  • Mövcud sistemlərin modernləşdirilməsi, konsolidasiyası, miqrasiyası və optimallaşdırılması üzrə yol xəritəsi hazırlamaq;
  • İnfrastrukturun standartlaşdırılması və texnoloji platformaların konsolidasiyası üzrə təkliflər vermək;
  • Avadanlıq və proqram təminatının həyat dövrünü, tutum ehtiyaclarını və gələcək inkişaf proqnozlarını müəyyən etmək;
  • Capacity Planning və Performance Management proseslərinin formalaşdırılmasında iştirak etmək;
  • İnfrastruktur üzrə texnoloji standartlar, prinsiplər və arxitektura qaydaları hazırlamaq;
  • İnformasiya təhlükəsizliyi komandası ilə birlikdə təhlükəsiz və davamlı arxitektura yanaşmalarının tətbiqini təmin etmək;
  • Monitorinq, loqlaşdırma, avtomatlaşdırma və observability həllərinin arxitekturasının inkişaf etdirilməsində iştirak etmək;
  • Tender və satınalma prosesləri üçün texniki tələblərin hazırlanmasında və vendor təkliflərinin qiymətləndirilməsində iştirak etmək;
  • Təklif edilən həllər üzrə texniki və kommersiya müqayisələri aparmaq, optimal seçimlə bağlı əsaslandırılmış rəy təqdim etmək;
  • Vendorların və inteqratorların təqdim etdiyi dizayn və həllərin AZAL standartlarına uyğunluğunu yoxlamaq;
  • Layihələrin icrası zamanı texniki komandalar, biznes bölmələri, təhlükəsizlik komandası və xarici tərəfdaşlar arasında arxitektura koordinasiyasını təmin etmək;
  • İnfrastrukturla bağlı dəyişikliklərin texniki təsirini və risklərini qiymətləndirmək;
  • Kritik insidentlərin səbəblərinin araşdırılmasında iştirak etmək və təkrarlanmanın qarşısını alan arxitektura həlləri hazırlamaq;
  • İT infrastrukturu üzrə büdcə planlaşdırılmasına, texnoloji investisiyaların prioritetləşdirilməsinə və xərclərin optimallaşdırılmasına dəstək vermək;Mövcud infrastruktura dair sənədlərin, sxemlərin, inventar və konfiqurasiya məlumatlarının aktual saxlanılmasını təmin etmək;
  • Texniki komandalar üçün arxitektura üzrə ekspert dəstəyi və istiqamətləndirmə təqdim etmək.

Requirements

Təhsil səviyyəsi: Ali (Bakalavr);

Müvafiq vəzifə üzrə minimum 7 il iş təcrübəsi;

Fiziki və virtual server infrastrukturları üzrə dərin biliklər;

VMware, Hyper-V və ya digər virtuallaşdırma platformaları üzrə təcrübə;

Storage, SAN, NAS və ehtiyat nüsxələmə texnologiyaları üzrə biliklər;

Microsoft Windows Server və Linux infrastrukturları üzrə biliklər;

Active Directory, DNS, DHCP, Group Policy və Identity Management həlləri üzrə təcrübə;

LAN, WAN, routing, switching, load balancing, firewall və network segmentation prinsipləri üzrə anlayış;

Microsoft Azure və ya digər cloud platformaları üzrə təcrübə;

Hybrid cloud arxitekturası və workload migration yanaşmaları üzrə biliklər;

Backup, replication, disaster recovery və business continuity prinsipləri üzrə dərin biliklər;

İnfrastruktur təhlükəsizliyi, Zero Trust, hardening və access control prinsipləri üzrə anlayış;

Database infrastrukturu və arxitekturası, yüksək əlçatanlıq, replikasiya, backup, performans və Disaster Recovery prinsipləri üzrə biliklər;

DevOps, CI/CD, Infrastructure as Code (IaC), containerization, orchestration və infrastrukturun avtomatlaşdırılması prinsipləri üzrə biliklər;

IT Governance, IT Service Management (ITSM), Change Management, risklərin idarə edilməsi və İT nəzarət mexanizmləri üzrə biliklər;

Data Center, Disaster Recovery və High Availability həllərinin layihələndirilməsi üzrə praktiki təcrübə.

Problemi həll etmə, analitik düşünmə bacarığı;

Komanda ilə işləmə bacarığı;

Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;

Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Dəyişikliklərə uyğunlaşmaq bacarığı;

Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint) - yüksək;

Windows və Linux əməliyyat sistemləri - yüksək;

Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

İş qrafiki:

Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

Heydər Əliyev Beynəlxalq Hava Limanı

Apply at the source

This role was published by "Azərbaycan Hava Yolları" QSC and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗