Find your next opportunity

Newest first

Data Elmləri üzrə Mütəxəssis (Data Scientist)

"Azərbaycan Hava Yolları" QSC

Location
Baku
Employment
Full-time
Level
Specialist
Category
Data Science & ML
Posted

Description

  • Biznes problemlərinin həlli məqsədilə müxtəlif məlumat mənbələrindən məlumatların toplanması, təhlili və modelləşdirilməsini həyata keçirmək;
  • Məlumatlar üzərində statistik təhlil və Exploratory Data Analysis (EDA) aparmaq, əsas tendensiyaları, əlaqələri və qanunauyğunluqları müəyyən etmək;
  • Proqnozlaşdırıcı və təsnifat modelləri daxil olmaqla, Machine Learning modellərini hazırlamaq, öyrətmək və optimallaşdırmaq;
  • Modellərin qurulması üçün məlumatları hazırlamaq, təmizləmək, transformasiya etmək və yeni xüsusiyyətlər (Features) yaratmaq;
  • Müxtəlif modelləri və alqoritmləri qiymətləndirmək, uyğun metodologiyanı seçmək və modellərin dəqiqliyini müvafiq metrikalar əsasında ölçmək;
  • Hazırlanmış modellərin nəticələrini biznes məqsədləri və tələbləri baxımından təhlil etmək, nəticələri maraqlı tərəflərə aydın şəkildə təqdim etmək;
  • Model nəticələrini interpretasiya etmək, əsas nəticə və təsiredici faktorları müəyyənləşdirmək;
  • Data Science həllərinin Production mühitinə inteqrasiyası və tətbiqi prosesində Data Engineering, IT və biznes komandaları ilə əməkdaşlıq etmək;
  • Tətbiq edilmiş modellərin performansını və nəticələrini monitorinq etmək, modelin dəqiqliyində və məlumatlarda baş verən dəyişiklikləri müəyyənləşdirmək, zəruri hallarda modellərin yenilənməsində iştirak etmək;
  • Data Science layihələrinin nəticələrini, istifadə olunan metodologiyaları və modelləri sənədləşdirmək;
  • Yeni analitik metodları, Machine Learning alqoritmlərini və texnologiyalarını araşdırmaq, onların biznes ehtiyaclarına uyğun tətbiqində iştirak etmək.

Requirements

Müvafiq sahə üzrə bakalavr təhsili;

Data Science, Data Analytics, Kompüter elmləri, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi;

Python proqramlaşdırma dili üzrə biliklər və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;

SQL üzrə biliklər;

Machine Learning alqoritmləri və onların tətbiqi üzrə biliklər;

Statistik analiz və məlumatların modelləşdirilməsi üzrə biliklər;

EDA, məlumatların təmizlənməsi və transformasiyası üzrə bilik və təcrübə;

Proqnozlaşdırıcı və təsnifat modellərinin hazırlanması, qiymətləndirilməsi və optimallaşdırılması bacarığı;

MS Office proqramları ilə işləmək bacarığı;

Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək;

Analitik düşünmə və problem həll etmə bacarığı;

Qərarvermə, ünsiyyət və təqdimat bacarıqları;

Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə uyğunlaşmaq bacarığı.

İş yeri:

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.

İş şəraiti:

5 günlük

Apply at the source

This role was published by "Azərbaycan Hava Yolları" QSC and listed via Glorri. Applications are handled there, not on this site.

View & apply on jobs.glorri.az ↗